CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət gününə rəğmən artım: Azərbaycanda bu günün COVID statistikası

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına yoluxma və ölüm sayını açıqlayıb. Rəqəmlərdə artım var.

BAKI, 21 fevral - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 (fevralın 20-də 144) yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 (fevralın 20-də 2) nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir. Son sutka ərzində 7 236, hazırkı dövrədək isə 2 551 116  test aparılıb.

Xəbər lenti
0