13:40 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
445020

Uşaqları qorumaq üçün onların bol meyvə-tərəvəzlə qidalanması, şirniyyat və yağlı qidalardan çəkinməsi vacibdir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Uşaqlarda diabetə qarşı irsi meyillilik aşkarlanarsa, xəstəliyin inkişaf etməsini dayandırmaq lazımdır. Bunu Sputnik Azərbaycan-a son zamanlar ölkəmizdə uşaqlar arasında şəkərli diabet riskinin artmasını şərh edərkən endokrinoloq Şəbnəm Əlirzayeva deyib.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə COVID-19-un ən çox şəkər xəstələri üçün riskli olduğu üzə çıxıb. Bu kontekstdə bütün dünyada şəkər xəstəliyinin inkişaf dinamikasını izləməyə və nəzarətdə saxlamağa diqqət artırılıb.

1980-cı ildən 2014-cü ilədək, yəni 34 il ərzində dünyada şəkər xəstələrinin sayı 108 milyondan 422 milyona yüksəlib. 18 yaşdan yuxarı şəxslərdə bu rəqəm 4.7 faizdən 8.5 faizədək qalxıb. Diabet xəstələrinin sayının artması ilə yanaşı bu xəstəlikdən ölənlərin (həm də erkən yaşlarda) sayı artıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 2000-2016-cı illərdə diabetdən erkən ölüm halları 5 faiz artıb. ÜST bildirir ki, xüsusən az və orta gəlirli ölkələrdə şəkər xəstəliyi ilə bağlı rəqəmlərdə artım tendensiyası nəzərə çarpır.

Hazırda isə şəkər xəstələrinin sayı 463 milyondur. Şəkər xəstəliyindən ölüm halları isə 4.2 milyondur. Hər il ilk dəfə şəkər xəstəsi kimi qeydiyyata alınanların sayı 128 min 900-dür. 2025-ci ilədək şəkər xəstələrinin sayının 438 milyonu, 2045-ci ilədək isə 700 milyonu aşacağı proqnzolaşdırılır.

Bu gün diabet həm də korluq, ürək xəstəlikləri, böyrək çatışmazlığı və bir sıra yeni xəstəliklərin yaradıcısı hesab edilməkdədir.

ÜST-ün açıqlamasına görə, təkcə 2016-cı ildə 1.6 milyon insan məhz şəkər xəstəliyindən dünyasını dəyişib.

Diabetesatlas.org-un məlumatına görə bu gün Mərkəzi, Şərqi və Şimali Afrikada diabet xəstələrinin sayı 55 milyondur ki, 2045-ci ilədək bu rəqəmin 108 milyona çatacağı pronozlaşdırılır. Avropada diabet xəstələrinin sayı 59 milyondur. 2045-ci ilədək bu rəqəmin 15 faiz artaraq 68 milyona çatacağı proqnozlaşdırılır. Cənub Şərqi Asiyada belə xəstələrin sayı 88 milyondur və 2045-ci ilədək bu rəqəmin 74 faiz artaraq 153 milyona çatacaq. Qərbi Sakit Okean ölkələrində əhalinin 163 milyonu hazırda şəkər xəstəliyindən əziyyət çəkir. Yaxın 25 ildə bu rəqəmin 31 faiz artaraq 212 milyon olacağı gözlənilir.

Ən bədbin nüanslardan biri də azyaşlı və yeniyetmələrlə bağlıdır. Belə ki, ötən ilin statistikasına görə, birincili şəkərdən əziyyət çəkən azyaşlı və yeniyetmələrin sayı 1,110,100 olub.  Bu isə təxminən 98 min 200 azyaşlı və yeniyetmənin bu xəstəlikdən əziyyət çəkməsi deməkdir. Azyaşlı olan şəkər xəstələrinin sayı ilə bağlı hazırlanan xəritədə Hindistan, ABŞ və Braziliya ilk yerlərdə qərarlaşıb. Sonrakı yerləri Çin, Böyük Britaniya və Rusiya tutur. 

Əslində, bu gün dünyanı cənginə alan COVID-19 ilə müqayisədə bir sıra xəstəliklər, o cümlədən də şəkər, səssiz ölüm hesab edilə bilər.

Azərbaycanda da azyaşlılar arasında müxtəlif endokrinoloji xəstəliklər artmaqdadır. Bu gün ölkəmizdə 265 mindən artıq şəkər xəstəsi var ki, onların da 1800-dən çoxu azyaşlıdır.

Endokrinoloq Şəbnəm Əlirzayeva ölkəmizdə bununla bağlı son durumu qiymətləndirərkən qeyd edib ki, əgər uşaqlarda diabetə qarşı irsi meyillilik aşkarlanarsa, xəstəliyin inkişaf etməsini dayandırmaq lazımdır. “Bu gün hətta qanda şəkər normadadırsa, xəstəlik əlamətləri yoxdursa belə, molekulyar genetik müayinələrlə diabetin isrən keçdiyini müəyyən etmək mümkündür. Qeyd edim ki, virus infeksiyaları da mədəaltı vəzini zədələməklə diabetin yaranmasına təkan verir. Bunun üçün uşaqlara vaxtında peyvənd elətdirmək lazımdır", - deyə həkim bildirib.

Ekspert deyir ki, piylənmə, "fast food" və çox şirin olan qidalar, hərəkətsizlik, qorxu-stress faktoru da şəkərli diabet üçün faktor rolunu oynayır: "Uşaqları qorumaq üçün onların bol meyvə-tərəvəzlə qidalanması, şirniyyat və yağlı qidalardan çəkinməsi vacibdir. Asudə vaxtları kompüter və televizor arxasında keçirmək tövsiyə olunmur.

Ailədə şəkər xəstəsi varsa, ildə bir dəfə uşağın qanında şəkərin səviyyəsini yoxlamaq lazımdır. Çünki anada birincili daibet olan uşaqlarda bu xəstəliyin irsən qazanılma riski 2-3 faiz, atada birincili diabet olan uşaqlarda isə bu risk 6 faizdir. Hər iki valideyndə birincili diabet varsa, bu zaman uşaqda risk 30 faizədək artır.

Ümumiyyətlə, uşaqlarda bu xəstəliyin başlanma müddəti 3 qrupa ayrılır: 2-4, 6-8, 10-12 yaş. Lakin ortaq yaş kimi 8 götürülür".

Endokrinoloqun sözlərinə görə, bu gün uşaqlarda rast gəlinən şəkər xəstəliyinin 95 faizini birincili diabet təşkil edir. Birincili diabet uşalıq dövrünün ən geniş yayılmış xroniki xəstəliklərindən sayılır.

“İmmun sisteminin disfunksiyası ilə xarakterizə olunur. Birincili diabetin yaranmasında genetik faktorla yanaşı, ətraf mühit, infeksiyalar da mühüm rol oynayır", - deyə ekspert əlavə edib.

Əlaqədar

Şəkərli diabet xəstələrinə xoş xəbər - RƏSMİ
Şəkərli xəstələr mütləq bu qaydalara diqqət etməlidir – diyetoloq məsləhəti
Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir
Bakıda şəkərli diabet xəstəsi üzərində mürəkkəb ürək əməliyyatı icra edilib
Həkim: “Şəkərli diabetin qarşısını almaq mümkündür”
Teqlər:
ölüm, Şimali Afrika, ÜST, COVID-19, şəkərli diabet xəstəsi, şəkərli diabet

Əsas mövzular