11:17 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
441110

Milan Dövlət Universitetinin professoru Mario Kleriçi bildirib ki, yay aylarında ultrabənövşəyi şüaların təsiri ilə əhəmiyyətli dərəcədə zəifləyəcək COVID-19-un ikinci dalğası xeyli yüngül keçəcək.

BAKI, 21 iyul — Sputnik. Yay aylarında ultrabənövşəyi şüaların təsiri ilə əhəmiyyətli dərəcədə zəifləyəcək COVID-19-un ikinci dalğası xeyli yüngül keçəcək. Bunu RİA Novosti-yə məşhur immunoloq, Milan Dövlət Universitetinin professoru Mario Kleriçi bildirib.

Alim Milan Dövlət Universitetinin immunoloqlarının və İtaliya Milli Astrofizika İnstitutunun (Inaf) mütəxəssislərinin birgə tədqiqatına rəhbərlik edib. Bu elmi işin materiallarını ehtiva edən preprint iyun ayında digər ölkələrin alimlərini COVID-19 pandemiyasına aid mühüm məlumatlarla operativ şəkildə tanış etmək üçün nəşr edilib.

İtalyan bioloqları Sars-CoV-2 virusunu bir damla suya yerləşdiriblər, koronavirusa yoluxmuş bir insanın öskürmə və ya asqırması zamanı baş verən effekti təkrarlayıblar. Onu müxtəlif diapazonlarda ultrabənövşəyi şüalanmaya məruz qoyublar. Eksperimentlər zamanı müəyyən edilib ki, hətta kiçik dozalarda da ultrabənövşəyi şüaların təsiri sanki saniyələr ərzində virusun tam inaktivasiyasına səbəb ola bilər. Alimlər Günəş radiasiyasının səviyyəsi ilə dünyanın müxtəlif regionlarında epidemioloji vəziyyət arasındakı əlaqəni də müəyyən ediblər. Müəyyən bir yerdə ultrabənövşəyi şüanın səviyyəsi nə qədər yüksəksə, koronavirusa yoluxma halları daha az qeydə alınıb.

Bu tədqiqatın nəticələrinə əsaslanaraq, Kleriçi payızda COVID-19-un ikinci dalğasının gəlmə ehtimalı haqqında RİA Novosti-nin suallarını cavablandırıb.

"İndi heç birimiz əminliklə deyə bilmərik ki, nə olacaq. Ancaq hesab edirəm ki, ikinci dalğa hələ gələcək, amma onunla mübarizə yazdakına nisbətdə daha asan olacaq", - deyə immunoloq bildirib.

Eyni zamanda, Kleriçi qeyd edib ki, mikrobioloqların bu gün fərqləndirdikləri koronavirus əslində fevral ayında epidemiyanın başlanğıcında Avropada ortaya çıxanlardan praktiki olaraq fərqlənmir.

"Bu, əhəmiyyətli dəyişikliklərə məruz qalmayan və çox aqressiv olan eyni virusdur. Lakin yay aylarında uzun müddət günəş radiasiyasına məruz qalandan sonra o, ciddi şəkildə zəifləyəcək. Deyək ki, əgər əvvəllər biz xəstəliyin yaranmasına səbəb ola biləcək minlərlə aktiv virus hissəciklərinin varlığını müşahidə edirdiksə, uzunmüddətli ultrabənövşəyi şüalanmadan sonra onların sayı on dəfələrlə azalacaq və vahidlərə qədər ixtisar olacaq. Günəş şüaları virusun inaktivasiyasına gətirib çıxarır", - professor vurğulayıb.

Peyvənd sınağı
© Photo : Press service of the RF Ministry of Defense

İkinci dalğanın daha yumşaq keçəcəyinə başqa bir mühüm səbəb kimi, Kleriçi COVID-19-a qarşı mübarizə üçün bütün tibb sisteminin əhəmiyyətli dərəcədə hazırlıqlı olduğunu göstərib.

"Bu gün həm həkimlər, həm də potensial pasiyentlər sözügedən virus haqqında daha çox şey bilirlər və təcili vəziyyətdə nə etmək lazım olduğunu daha yaxşı başa düşürlər. Məhz bu iki faktorun birləşməsi ikinci dalğanın daha asan keçəcəyinə ümid etməyə imkan verir", — deyə Kleriçi əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatı bu il martın 11-də COVID-19 adlandırdığı yeni növ koronavirus infeksiyasını pandemiya elan edib. ÜST-nin son məlumatlarına görə, dünyada artıq 14 milyondan çox yoluxma hadisəsi aşkarlanıb, 597 mindən artıq insan dünyasını dəyişib.

Əsas mövzular