Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı nazir müavini: “Koronavirusa qarşı peyvənd hazırdır”

© Photo : Press service of the RF Ministry of Defense / Mediabanka keçidИспытаний вакцины от коронавируса в палате Главного военного клинического госпиталя имени Н. Н. Бурденко
Испытаний вакцины от коронавируса в палате Главного военного клинического госпиталя имени Н. Н. Бурденко - Sputnik Azərbaycan
Abunə olmaq
Müavin hərbi mütəxəssislərin və Hamaley adına Milli Tədqiqat Mərkəzinin alimlərinin iştirakı ilə yaradılan koronavirusa qarşı ilk peyvəndin hazır olduğunu qeyd edib.

BAKI, 21 iyul — Sputnik. Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd hazırdır.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov "Arqumentı i faktı" nəşrinə müsahibəsində bildirib.

O, hərbi mütəxəssislərin və Hamaley adına Milli Tədqiqat Mərkəzinin alimlərinin iştirakı ilə yaradılan koronavirusa qarşı ilk peyvəndin hazır olduğunu qeyd edib.

"Mütəxəssislərimiz və Milli Tədqiqat Mərkəzinin alimləri tərəfindən test nəticələrinin son qiymətləndirmələri aparıldı. Bütün könüllülər, istisnasız olaraq, koronavirusdan immunitet qazanaraq özlərini yaxşı hiss ediblər. Beləliklə, yeni koronavirus infeksiyasına qarşı ilk yerli peyvənd hazırdır", - deyə R. Tsalikov vurğulayıb .

Xəbər lenti
0