Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

O, gizlicə dəstəklənir və sürətlə tərəfdarlarının sayını artırır - Təhlükə

Abunə olmaq
Millət vəkili: "Çox təəssüf olsun ki, get-gedə ona tələbat artır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Ana südünün körpələr üçün əvəzedilməz qida olduğu bəllidir. Amma nə məsələdirsə, son zamanlar doğum evlərində gənc analara süni qidalardan istifadə etmək məsləhət görülür.

Bir müddət öncə ana olan Pərvin Tağıyeva bildirir ki, ona, südü olmadığı üçün süni qida məsləhət görülüb: "Süd az olduğu üçün uşaq ağlayırdı, doymurdu. Həkimlər məcbur olub süni qida verməyimi məsləhət gördülər. Uşaq doğulandan süni qida yeyir".

İtalyanın qərbindəki İsçia adasında dünən axşam meydana gələn zəlzələ - Sputnik Azərbaycan
Yeddi aylıq körpə ilə bağlı möcüzə yaşanıb

Digər 22 yaşlı ana Nəzrin Məmmədovanın sözlərinə görə, doğuşdan sonra uşağın allergik olduğu müəyyən edilib və ona müvəqqəti olaraq süni qida təyin olunub: "Hazırda oğlum süni qida ilə qidalanır. Ana südü verdiyim zamanlarda qusur və bədənində səpkilər yaranır. Həkimlər 6 ayından sonra ana südü verməyimi məsləhət görürlər. Buna görə də hər gün südümü sağıb atıram".

Yuxarıda sadaladığımız hallar qaçılmaz, məcburi hallardır. Amma heç bir ehtiyac olmadan körpəyə süni qida təyin edilməsi, süni qida verilməsi halları da var. Əslində bu, "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunun tələblərini pozur. Və qanunu pozan şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müəyyən müddəaları ilə inzibati tənbeh tədbirləri həyata keçirilir.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevin sözlərinə görə, ümumiyyətlə uşaq qidaları, azyaşlı və körpə uşaqların qidalandığı süni yeməklərin reklamı qanunla qadağan deyil: "Amma qanunda müəyyən məhdudiyyətlər var. Bu barədə 2011-ci ildə qanun da qəbul edilib və bununla yanaşı "Reklam haqqında qanun"da da müddəalar var".

Millət vəkili bildirir ki, süni qidaların reklamı "Ana südünü əvəz edir" şəklində verilə bilməz: "Süni qidalar heç bir şəkildə ana südünü əvəz etmir. Və bütün qida qutularının üzərində yazılmalıdır ki, "Ana südünü əvəz etmir". Yaxud, onun reklamına müəyyən məhdudiyyətlər qoyulmalıdır".

"Tutaq ki, süni qidaların satışı uşaq müəssisələrinin, doğum evlərinin yanında olmamalıdır. Televiziya və ya KİV-də olan süni qida reklamlarına müəyyən saatlarda, çox baxılan vaxtlarda icazə verilmir. Amma uşaq qidalarının reklamına tam qadağa yoxdur. Çünki istifadəsinə icazə verilən məhsuldur. Və çox təəssüf olsun ki, get-gedə buna tələbat da artır" — deputat bildirib.

Мать держит руку новорожденного ребенка. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda dəhşət: ana körpəsinə süd verərkən öldü

Millət vəkili hesab edir ki, süni qidanın ana südünü əvəz edə bilməyəcəyini hamı bilməlidir: "Reklamına da məhdudiyyət qoyulub və reklamında da "ana südünü əvəz etmir" və yaxud "ən yaxşı qidalandırcı ana südüdür" ifadələri qeyd edilməlidir. Yəni, bu, qanunvericiliklə tənzimlənir. Hesab edirəm ki, bu qanuna əlavə və ya dəyişiklik edilməsinə ehtiyac yoxdur".

M. Quliyevin fikrincə, həkimlər süni qidanı, ananın südü körpəni qidalandırmaq üçün kifayət etmədikdə məsləhət görməlidirlər: "Amma əksər hallarda, yəni 80-90 faiz halda ananın südü 6 ayına kimi uşağa kifayət edir. Ana südü 6 ayına kimi ancaq xüsusi hallarda, məsələn, ananın müəyyən xəstəliyi olduqda, uşağın allergik xəstəlikləri olduğu zaman və yaxud uşaqda ferment çatışmazlığı xəstəliyi olanda təyin edilə bilər".

"Belə hallarda həkim məsləhət görə bilər. Ancaq digər hallarda hər bir vicdanlı həkim ilk növbədə ana südünü məsləhət görməlidir. Analara da başa salmaq lazımdır ki, ən vacib qida ana südüdür. Qanunun da tələbi budur" — o vurğulayıb.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunun pozulması bölməsi var: "Bu o deməkdir ki, süni qida məhsullarının reklamında ana südünün üstünlüyünün qeyd olunmamasına, uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir".

Yasamal parkı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Övladlarımızın haqqını onların valideynlərinə pulla satan kimdir?

Hüquqşünas bildirir ki, bu qanunda süni qidalanmanın tənzimlənməsi xüsusi olaraq qeyd edilib. "Qanunda qeyd olunur ki, uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir. Süni qida məhsullarının istehsalı, qablaşdırılması, markalanması, saxlanması, daşınması və satışı müvafiq standartlara, sanitar-gigiyenik norma və qaydaların tələblərinə əməl edilməklə həyata keçirilir".

F. Həmidlinin sözlərinə görə, bununla yanaşı, Azərbaycan Respublikasına idxal edilən və ya respublikada istehsal olunan süni qida məhsullarının üzərindəki informasiyalar tələblərə uyğun olmalıdır: "Digər dillərlə yanaşı, Azərbaycan dilində olmalı, ana südünün üstünlüyü qeyd edilməli, "ana südünə oxşar" və ya "ana südünün əvəzedicisi" ifadəsindən istifadə edilməməli, yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi haqqında təminatı əks etdirməli, qidanın düzgün hazırlanması və saxlanması haqqında qeydlər olmalı, məhsulun istifadəyə yararlılıq müddəti göstərilməli, məhsulun istehsalçısının adı və ünvanı göstərilməlidir. Bununla yanaşı məhsulun enerji dəyəri, kimyəvi tərkibi haqqında məlumatı əks etdirməlidir".

Xəbər lenti
0