BAKI, 22 avqust — Sputnik. İtalyanın qərbindəki İsçia adasında dünən axşam meydana gələn zəlzələdə ölənlərin sayı iki nəfərə çatıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir. Sputnik Azərbaycan "Telegraph"-a istinadən bildirir ki, İtaliyanın rəsmi xəbər agentliyi ANSA, möcüzəvi bir xilas xəbəri paylaşıb. Belə ki, bu gecə səhərə yaxın dağıntılar altından 7 aylıq körpə uşaq çıxarılıb. Onun səhhətində heç bir problem olmadığı bildirilir.
Məlumata görə, yaralanan 40 nəfərdən 1-nin vəziyyəti ağır olaraq qalır. Hazırda bütün ölkə 4 ballıq zəlzələnin nə üçün bu cür dağıntılara səbəb olduğunu araşdırır. Ekspertlər, bunun səbəbini tikinti materiallarının keyfiyyətsizliyində görür.