07:01 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
1809 0 0

Öskürək 1 həftədən çox davam edir, artır, bəlğəmdə qan, irin əmələ gəlirsə...

BAKI, 3 dek — Sputnik. Öskürək ayrıca bir xəstəlik deyil, bir çox hallarda soyuqdəymənin simptomu kimi meydana çıxır. Öskürək orqanizmin müdafiə mexanizmidir.

Bu barədə Sputnik Türkiyə KİV-nə istinadən xəbər verir. Öskürəyin köməyi ilə nəfəs yollarımız xəstəlik zamanı burada yığılan mikroblar, toksinlər, selik və s.-dən azad olur. Bu prosesi tezləşdirmək üçün daha çox ilıq maye qəbul edin — selik durulaşır və onun xaric olunması asanlaşır.

Bəzi xalq təbabəti vasitələri nəfəs yollarının daha tez təmizlənməsinə kömək edir. Sizə ən sınanmış reseptlərdən birini təqdim edirik:

— 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Bu otlar bəlğəmgətirici və iltihabəleyhinə təsir edir, öskürəyin sağalmasını tezləşdirir.

Öskürək 1 həftədən çox davam edir, artır, bəlğəmdə qan, irin əmələ gəlirsə, vaxt itirmədən həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.

Əlaqədar

Öskürəkdən tez, dərmansız və asanlıqla xilas olmağın yolları
Əgər özünüzdə bu halları hiss edirsinizsə, damar xəstəliyiniz var
Azərbaycanda psixi xəstələrlə bağlı qorxulu statistika
Ən hiyləgər xəstəlik: hər il 7,7 milyon insanın canını alır
Harvard Universiteti: Acılı yeyin, xəstəliklərdən xilas olun
Dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək
Teqlər:
bəlğəm, simptom, qrip, resept, xəstə, öskürək, xəstəlik

Əsas mövzular