SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gizli ordu: ABŞ professional qatilləri bütün dünyaya yayır

© Sputnik / Dmitriy Lelchuk / Mediabanka keçidБереговые объекты на территории газораспределительного центра магистрального газопровода "Северный поток-2" в городе Любмин в Германии
Береговые объекты на территории газораспределительного центра магистрального газопровода Северный поток-2 в городе Любмин в Германии - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Pentaqonun gizli muzdlularının əksəriyyəti keçmiş xüsusi təyinatlılardır. Bəs onlar nə işlə məşğuldurlar? Mülki şəxslərin sorğu-sualsız qətlə yetirilməsi, işgəncələr, adam qaçırma, təxribat və terror hücumları – bir sözlə, hər növ hərbi cinayətlər.

 

BAKI, 21 may — Sputnik, Viktoriya Nikiforova. Amerikanın "Newsweek" jurnalının bu həftə yayımladığı və ABŞ Ordusunun gizli əməliyyatlarının həqiqi miqyasını ortaya qoyan araşdırma ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarla qarşılandı. Ətraflı RİA Novosti-nin materialında:

Rusiyalı ekspertlər qeyd edirlər ki, hazırda bu gözəgörünməz cəbhənin təxminən 60 min döyüşçüsünü əhatə edən ABŞ gizli ordusu əslində, özəl dükanların konqlomeratlarından ibarətdir. Bu - çoxsaylı firmalar, şirkətlər, müqavilə əsasında hərbi kafedrada çalışan onlarla saxta pasporta sahib fərdi şəxslərdir. Konqres də, Senat da, Amerika ədliyyə sistemi də onların hərəkətlərinə göz yumur. Nə edirlər-etsinlər, onları himayə edən dövlət qurumlarının bununla heç bir əlaqəsi üzə çıxmayacaq.

Çinlilər amerikalı ortaqlarının riyakarlığına diqqət çəkiblər. ABŞ siyasətçiləri fasiləsiz olaraq bütün dünyaya əxlaq və etika mövzusunda mühazirələr oxuduğu halda, Amerika gizli qoşunları Cenevrə Konvensiyasına və bütün sivil hərbi qaydalara məhəl qoymur. "Məgər bu, dünyada ictimai asayişinin pozulması deyilmi? İnsan haqlarının pozulması deyilmi? ABŞ-ın təbliğ etdiyi dürüstlüyün və ədalətin ifadəsi budurmu?" – deyə "Weibo" istifadəçisi qəzəblə yazır.

Ən maraqlısı isə Amerika ictimaiyyətinin məsələyə reaksiyası oldu. Hər bir halda "Newsweek"in əldə etdiyi məlumatlar dünya xalqlarına demokratiya dəyərləri aşılayan Amerika döyüşçüsünün parlaq obrazından xeyli dərəcədə fərqlənir. Müəllifin yazdığına görə, Pentaqonun gizli muzdlularının əksəriyyəti keçmiş xüsusi təyinatlılardır. Bəs onlar nə işlə məşğuldurlar? Mülki şəxslərin sorğu-sualsız qətlə yetirilməsi, işgəncələr, adam qaçırma, təxribat və terror hücumları – bir sözlə, hər növ hərbi cinayətlər.

"Bununla müqayisədə Rusiya və Çin, sadəcə bir dəstə həvəskar təsiri bağışlayır, ancaq Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi diqqəti Amerika kəşfiyyatından yayındırmaq üçün hər şeyi onların üstünə atır", – deyə məqalədə fikir bildirən şərhçilərdən biri vurğulayır. "Newsweek burnunu dövlət sirlərinə soxmağa son qoymalıdır", – deyə bir başqası onunla mübahisəyə girir.

Bir çox amerikalı isə sual verir: ümumiyyətlə, populyar bir nəşrdə belə məqalə – "jurnalistika xəyanət astanasındadır" – necə yer ala bilər?

Sual həqiqətən də maraqlıdır. Bir tərəfdən, amerikalıların dünyada hərbi dəstələr, terror aktları və təxribat törətmələri heç vaxt ciddi-cəhdlə ört-basdır edilməyib. Amerikanın kiberqoşunları, onların "mən bir zabit qızıyam və hər şey göründüyü qədər bəsit deyil" tərzindəki informativ psixi hücumları haqqında ingilis "The Guardian" hələ on il əvvəl yazmışdı. Afrikadakı "gözəgörünməz" Amerika xüsusi təyinatlılarının hekayəsi "Politico" tərəfindən uğurla araşdırılmışdı.

Nobel Sülh Mükafatı laureatı Barak Obama prezidentliyinin əvvəlindən bəri mütəmadi olaraq dünyanın ən mühüm infrastrukturlarına qarşı geniş miqyaslı kiberhücumlarla bağlı əmrlər verib.

Amerikalıların ən məşhur rəqəmsal təxribatı ABŞ və İsrail kəşfiyyat xidmətlərinin nəzarəti altında "Stuxnet" kompüter virusunun yaradılması idi. O yalnız İranın nüvə sentrifuqlarını dayandıraraq insanlara və təbiətə ölümcül təhlükə yaratmadı, həm də sonradan bütün dünyada geniş yayıldı.

İranlı general Qasım Süleymani keçən il Bağdadda ABŞ hərbçiləri tərəfindən nümayişkaranə şəkildə, bütün dünyanın gözü qarşısında öldürüldü. Başqa bir dövlət eyni şeyi etsəydi, amerikalılar dərhal onu beynəlxalq terrorizmdə günahlandırardılar.

Digər tərəfdən, "Newsweek"in məqaləsi muzdluların cinayət əməllərini necə həyata keçirdiyinə dair xüsusi təfərrüatlarla doludur. Müəllif kəşfiyyat məmurlarının nümunələrindən (o cümlədən, Rusiya və Çində həbs olunanlar da daxil olmaqla) istifadə edərək texnologiya, gizli şifrələmə, sənədlərin saxtalaşdırılması və biometrik məlumatların falsifikasiyası sahəsindəki yeniliklərdən söz açır. Bir sözlə, bu "sənət"in bütün incəlikləri barədə məlumat verir.

Məqalənin dərc edilməsinin səbəbi, çox güman, bu gün gizli ordunun yalnız xaricdə deyil, həm də ABŞ-da işləməsidir. Bu zaman Amerika vətəndaşları da onun hədəfinə çevrilirlər. Araşdırmanın sensasionallığı da elə bundadır. Amerikalılar öldürülən əcnəbilər üçün deyil, öz həyatları üçün qorxuya düşüblər.

Jurnalist Uilyam Arkin Merilenddə yerləşən xüsusi ofislərdən birinin işçisinin fəaliyyətini təsvir edir. O, saxta şəxsiyyət və sürücülük vəsiqələri təqdim edir, kredit tarixlərini saxtalaşdırır - bir sözlə, gizli ordu üçün əfsanələr düzüb-qoşur. Bu tamamilə qeyri-qanuni prosesdə bütün qurumlar az və ya çox dərəcədə iştirak edir: Dövlət Departamenti, banklar, əyalət hökumətləri, sığorta şirkətləri, Müdafiə Nazirliyi...

Arkin xatırladır ki, saxta şəxsiyyət vəsiqələrinin sahibləri ABŞ daxilində də işləyərək Amerika vətəndaşlarının fəaliyyətlərini də araşdırırlar. Şərhçilər ağlabatan sual verirlər: "Bayden administrasiyasının gizli ordunu öz siyasi rəqibləri –"ekstremistlər" və "ağ supremasistlər"in üstünə qışqırtmayacağına əmin ola bilərikmi?"

Son zamanlarda amerikalıların, həqiqətən də, səlahiyyətlilərə verəcəkləri suallar çoxdur. Ölkədə qətllərin sayı rekord sürətlə artır. Onların əksəriyyəti araşdırılmamış qalır. Yalnız adi vətəndaşlar deyil, jurnalistlər, siyasi fəallar, elm adamları da həlak olur.

Keçən yay Miluokidə Tramp tərəfdarı olan siyasi fəal və qaradərili Berni Tremel vuruldu. Qatilləri hələ də tapılmayıb. Bir ay sonra Portlenddəki bir mitinqdə daha bir Tramp tərəfdarı öldürdü. Trampa səs vermiş Eşli Babbit 6 yanvar tarixində Kapitolidə polis məmuru tərəfindən vurularaq öldürüldü. Ertəsi gün Tramp tərəfdarı Kristofer Stenton Corciyada naməlum səbəbdən intihar etdi. Bundan başqa, Kapitolini mühafizə edən polis Hovard Libenqud heç bir səbəb olmadan özünü öldürdü.

Ötən ilin iyun ayının əvvəllərində 39 yaşlı jurnalist Cess Uoters özünü asdı. Bir həftə sonra da MKİ-nin baş hərbi analitiki, 52 yaşlı Entoni Şinella güllələnmiş vəziyyətdə tapıldı.

2018-ci ildə dünya şöhrətli fizik, Stenford universitetinin professoru, novator və multimilyoner Jen Şuçen ABŞ-da qəfildən intihar etdi. İl yarım sonra da məşhur virusoloq Bin Lyu Pittsburqda vuruldu. Qatili də harasa yoxa çıxdı, deyəsən, intihar etdi. Tezliklə xalqa Bin Lyunun qısqanc sevgilisi tərəfindən öldürüldüyü versiyası təqdim olundu. İnandırıcıdır, nə demək olar! Çinlilər belədirlər də...

Əgər bu cinayətlərlə müstəntiqlər məşğul olsaydılar, jurnalistlər bu işə cəlb olunsaydılar, ictimaiyyət narahatlıq keçirsəydi, bütün bunları başqa yerə yozmaq olardı. Ancaq bu qanlı hesablaşmalar, demək olar ki, hər gün baş verir və həqiqətən qorxuducu sükutla üstündən keçilir.

Bu, geniş miqyaslı repressiyalar, mübhəm "intiharlar" bütün standartlarına görə gizli ordu üzvləri tərəfindən diqqətlə həyata keçirilən ləğvetmə tədbiri təsiri bağışlayır. 11 sentyabr və ya kütləvi atışmalar kimi yüksək səviyyəli terror hücumlarından isə heç danışmağa dəyməz. Axı amerikalıların bu barədə də sualları çoxdur. Məsələn, çoxları səs-küylü güllələmə hadisələrinin müəlliflərinin əslində peşəkar əsgərlər olduğuna inanırlar.

Terror hücumundan sonra onlar texniki olaraq cinayət yerindən uzaqlaşdırılır və şəxsiyyətləri dəyişdirilir. Bəlkə də bu belə deyil, ancaq Arkinin məqaləsi əfsanəvi xüsusi xidmətlər üçün həqiqətən də ən geniş imkanlar barədə təsəvvür yaradır.

Ancaq bütün bu sualları vermək ölümə bərabərdir. 11 sentyabr terrorunun rəsmi versiyasının əsas tənqidçilərindən biri, jurnalist Maykl Rupert 2014-cü ildə intihar etdi. İki il sonra rejimin başqa bir tənqidçisi jurnalist Viktor Torn da müəmmalı şəkildə "özünü öldürdü".

Bununla belə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) sanki istehza ilə ölkəyə qarşı əsas terror təhlükəsinin "ağ supremasist ekstremistlər" olduğunu iddia edir. Bunu adam dilinə çevirsək, yəni, ölkənin əks-kəşfiyyatı Amerikadakı bütün ağdərililəri əsas düşmənləri elan etdilər.

"Newsweek" saytının "Bizim hökumətimiz xalqımız üçün bütün xarici ölkələrin cəmindən daha təhlükəlidir" sözlərini yazan şərhçisi ilə razılaşmamaq çətindir. Başqa bir amerikalı oxucu onun fikrini bir az da inkişaf etdirir: "ABŞ bir neçə ailə klanı kartelinin idarə etdiyi faşist diktaturasıdır. Nəhəng gizli ordular geniş nəzarət və müşahidə sistemi – hər şey eynilə keçmiş totalitar dövlətlərdə olduğu kimidir".

Eləcə də oxuyun:

* Kornilov: "Bayden yenə səhv etsə, demək, Rusiya günahkardır"

* Trampdan ağır ittiham - FTB ilə Ədliyyə Nazirliyinin də əli var

* Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

 

Xəbər lenti
0