Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kornilov: "Bayden yenə səhv etsə, demək, Rusiya günahkardır"

© REUTERS / MIKE SEGARДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"The Washington Post" qəzetinin məqaləsində iddia edilib ki, Vladimir Putin şəxsən ABŞ prezidentliyinə namizəd Co Baydenin "nüfuzdan salınması" üzrə gizli əməliyyatlara "ehtimal ki" rəhbərlik edir.

BAKI, 1 oktyabr — Sputnik, Vladimir Kornilov. Müxtəlif konspiroloji anti-Rusiya nəzəriyyələrinin müəlliflərinin Kremlin bu və ya digər qalmaqala bağlılığının yüksək ehtimal dərəcəsini ifadə etmək üçün işlətdikləri sözlərin nə vaxt bitəcəyi maraqlıdır. Biz artıq "highly likely" (yüksək ehtimal ilə), "almost certainly" (demək olar ki, dəqiq) ifadələrini eşitmişik. İndi isə növbəti sözə alışmaq lazımdır — "probably" (ehtimal ki).

Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Dil çaşar, sözün düzünü deyər? Bayden 200 milyon amerikalının öləcəyini bildirib

Bu dəfə "The Washington Post" qəzetinin məqaləsindən məlum olub ki, Vladimir Putin şəxsən ABŞ prezidentliyinə namizəd Co Baydenin "nüfuzdan salınması" üzrə gizli əməliyyatlara "ehtimal ki" (probably) rəhbərlik edir. Üstəlik, bu məqalədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hansısa super gizli məruzəsinə istinadən edilir – o qədər gizli ki, "The Washington Post" jurnalistləri bir neçə şəxsdən onun qısa məzmununu öyrənə biliblər.

Belə bir paradoksal nəticənin nəyə əsaslandığı təəccüb doğurur: sən demə, hansısa analitiklər "kəşfiyyat mənbələri" əsasında bu nəticəyə gəliblər.

Bu hesabatın birinci sətrində guya deyilir: "Biz hesab edirik ki, Prezident Vladimir Putin və yüksək rütbəli rusiyalı məmurların əksəriyyəti məlumatlıdırlar və ehtimal ki, ("probably") Rusiyanın ABŞ-ın keçmiş vitse-prezidentinin nüfuzdan salınmasına, ABŞ prezidentinin dəstəklənməsinə və ABŞ-da noyabr seçkiləri ərəfəsində cəmiyyətdə fikir ayrılıqlarının qızışdırılmasına yönəlmiş təsir əməliyyatlarına rəhbərlik edirlər".

İndi bilindi kim vitse-prezidenti "gözdən salır"! İndi bilindi kim Bayden üçün gülünc səhvlərlə dolu nitqləri yazır. Yəqin ki, bu günlərdə Baydenin koronavirus haqqında nitqinin sonunda 200 milyon insanın öləcəyinə dair mətni onun qarşısına şəxsən Putin qoyub. Çünki Baydeni başqa heç kes belə yaxşı nüfuzdan sala bilməzdi.

Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Əlac Trampa qalıb - Baydenin prezident seçilməsinin dəhşətli nəticələri açıqlanıb

Təhlükəsizlik Departamentinin "Rusiya, yəqin ki, (bu dəfə sadəcə "likely", "highly" olmadan) 2020-ci ilin seçkilərinə təsir etmək üçün amerikalı namizədlərin sağlamlığını gözdən salır" başlıqlı oxşar hesabatı bir çox Amerika KİV-lərinin diqqətini çəkib. Cəm halında istifadə olunan "namizədlər" sözünə diqqət yetirin. İndi isə ABŞ-ın kütləvi informasiya vasitələrinin böyük əksəriyyətinin bu "sensasiya" ilə bağlı başlıqlarına nəzər salaq — onlara inansaq, söhbət "Rusiyanın Baydenin psixi sağlamlığına qarşı hücumu"ndan gedir. Elə həmin bülletendə İran və Çin aktorlarının Donald Trampın psixi vəziyyətinə də hücumlarına dair iddialar yer alıb. Lakin bu, başa düşdüyümüz kimi, Amerikanın demokratik KİV-lərini heç də narahat etmir. Onlar ABŞ-ın hazırkı prezidentini "şizofrenik" adlandırmağı heç də "kənardan müdaxilə" hesab etmirlər. Amma Bayden haqqında belə danışmaq olmaz.

Özü də görünür, artıq məkrli plan öz işini görür. Əgər 2020-ci ildə seçki kampaniyasının əsas ştatlarında keçirilmiş son sorğuya inansaq, oradakı seçicilərin 51 faizi Trampı prezident işinə "əqli cəhətdən yararsız" hesab edir. Təxminən o qədər insan Bayden haqqında da belə bir fikir səsləndirir. Yəni, ABŞ prezidentliyinə hər iki namizədin zehni durumunu şübhə altına alan amerikalı seçicilərin sayının böyük olması "Rusiyanın dezinformasiyasının" nəticəsidir. Amma Tramp və Bayden özləri öz davranışları və birmənalı olmayan ifadələri ilə bunda günahkar deyillər?! Hər zamankı kimi, günah ruslardır. "Probably".

MKİ-nin və "The Washington Post" qəzetinin çox gizli hesabatında başqa bənzər bir hekayə də var. Orada ABŞ prezidentliyinə namizədi ləkələmək kampaniyası ilə bağlı iddialardan sonra, mütəmadi olaraq Petro Poroşenko ilə Co Bayden arasındakı danışıqların audio yazılarını paylaşmaqla tanınmış ukraynalı parlamentari Andrey Derkaçın hərəkətlərindən bəhs edilir.

Amerika KİV-i "Derkaçın lentləri" haqda danışanda iki arqumenti olur: a) 90-cı illərin başlanğıcında o, Moskvada Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) ali məktəbini bitirib və deməli, özü-özlüyündə "Kremlin agentidir"; b) onun təqdim etdiyi səs yazıları "redaktə edilib". Və bu əsasda demokratların mediası "lentlərin" məzmununu müzakirə etməkdən imtina edir. Sadəcə "Derkaçın lentləri" onları heç cür qane etmir — seçkiqabağı kampaniyanın məqsədlərinə uyğun gəlmir.

Halbuki, bu səs yazılarında Poroşenko və Baydenin səslərinin həqiqiliyini heç kim şübhə altına almır. Amma onları müzakirə etmirlər və ya sitat gətirmirlər.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Tramp: “Regionda yaxşı münasibətlərimiz var, baxacağıq”

ABŞ-ın media ictimaiyyəti bu günlərdə iki Senat komitəsinin "Hanter Bayden, "Burisma" və korrupsiya" adlı məruzəsinə də təxminən eyni münasibəti bildirib. KİV Senatın məruzəsinə məhəl qoymayıb və ya onu sadəcə "Rusiyanın dezinformasiya kampaniyası" adlandırıb. Buradan belə güman etmək olar ki, ABŞ senatorları da "Kremlin agentləridir". Amma məruzədə "Burisma" şirkətinə qarşı korrupsiya iddialarından və Baydenin oğlu Hanter Baydenin orada işi barədə şəxsən yuxarıya (vitse-prezident Co Baydenə və dövlət katibi Con Kerriyə) məruzə etmiş məmurların açdığı danılmaz faktlar və onların ifadələri yer alır.

Buna cavab olaraq, demokratlar tez bir zamanda öz əks-hesabatlarını yaradaraq opponentlərinin arqumentlərini parçalamağa çalışıblar. Əlbəttə ki, demokratların əsas qənaəti belə olub: Senat istintaqı "Rusiyanın 2020-ci il seçkilərinə hücumunu" təkrarlayır. Yəni yenə də Rusiya günahkardır.

Belə çıxır ki, Baydenin oğlunu korrupsiyada ittiham olunan Ukrayna şirkətinə Rusiya təyin edib və daha sonra ata Baydenə "Burisma" işini araşdırmağa cəsarət etmiş Ukrayna Baş Prokuroru Viktor Şokinin vəzifəsindən necə atmağı Rusiya diktə edib.

Odur ki, ABŞ-ın "Kreml agentləri"nin Senatda və Ağ Evdə fəaliyyətinə görə yeni sanksiyalar gözləmək lazımdır. Rusiyanın təqsiri növbəti "probably" ilə olsa belə, yenə sübuta yetirilib.

Xəbər lenti
0