06:46 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
2810

Trampın sözlərinə görə, Respublikaçılar partiyasının üzvləri saxtakarlıqlar barədə kifayət qədər məlumat toplayıblar, ancaq hakimlər həmin məlumatların üzə çıxarılması üçün onlara imkan yaratmırlar

BAKI, 29 noyabr - Sputnik. ABŞ-ın fəaliyyətdə olan Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Ədliyyə Nazirliyinin və Federal Təhqiqat Bürosunun əməkdaşlarının prezident seçkisindəki saxtakarlıq faktlarında əli ola bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Fox News yazır.

O, bunu "kütləvi dələduzluq" adlandırıb.

"FTB ilə Ədliyyə Nazirliyi nə iş görürdülər? Bilmirəm, bəlkə də onların da əli var. <...> Bu seçki saxtalaşdırıldı, amma KİV bu barədə yazmaq istəmir", - Tramp deyib.

Ağ Evin sahibi əlavə edib ki, adını çəkdiyi qurumlar seçkidə pozuntuların olmasına rəğmən heç bir addım atmayıblar. Onun sözlərinə görə, Respublikaçılar partiyasının üzvləri saxtakarlıqlar barədə kifayət qədər məlumat toplayıblar, ancaq hakimlər həmin məlumatların üzə çıxarılması üçün onlara imkan yaratmırlar.

Noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib. Əsas namizədlər hazırkı Prezident, respublikaçı Donald Tramp və keçmiş dövlət katibi, Demokratlar partiyasından irəli sürülmüş Co Bayden idi.

Noyabrın 7-də ABŞ-ın aparıcı KİV-ləri - ABC News, FOX News, CNN, AP və NBC - Co Baydenin prezident seçkisində qalib gəldiyini yazdılar. O zaman rəsmi nəticə hələ elan edilməmişdi. 

Dünyanın bir çox ölkələrinin dövlət başçıları, o cümlədən Səudiyyə Ərəbistanı kralı, Türkiyə və Sloveniya prezidentləri, BMT-nin baş katibi artıq Baydenə təbrik məktubu göndəriblər.

 

Teqlər:
ittiham, Ədliyyə Nazirliyi, FTB, saxtakarlıq, parlament seçkisi, ABŞ, Donald Tramp

Əsas mövzular