02:36 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
TƏHLİL
Qısa URL
34 0 0

Qərb dövlətlərinin hökumətləri artıq çoxdan idi ki Qəddafiyə qarşı dişlərini qıcamışdılar və ona görə də yaranmış vəziyyətdən istifadə edərək köhnə hayıflarını almağa çalışdılar.

BAKI, 19 mart — Sputnik. Andrey Kots. Düz on il əvvəl, 2011-ci il martın 19-da NATO ölkələri orduları Liviyada gedən vətəndaş müharibəsinə müdaxiləsi nəticəsində Qərb hərb maşınının tam üstünlüyü şəraitində yüzlərlə bomba və raketin atılması nəticəsində minlərlə insan həlak oldu.

Qəddafinin tabeliyindəki qoşunlar onlara qarşı heç bir müqavimət göstərə bilmədilər. NATO aviasiyası istənilən müqaviməti dərhal yerindəcə boğurdu. Əməliyyat oktyabrın 31-də başa çatdı. Nəticədə, bir zamanlar çiçəklənən dövlət olan Liviya bir dövlət kimi məhv oldu. Orada döyüşlər hələ də davam edir. Qərbin Liviyaya hərbi müdaxiləsi haqda "RİA Novosti"nin məqaləsində oxuyun.

Köhnə hayıflar

2011-ci ilin fevral ayında Liviyanın ikinci böyük şəhəri Benqazinin küçələrinə çıxaraq həbs olunmuş hüquqşünas və hüquq müdafiəçisi Fəthi Terbilin azad olunmasını tələb etdi. İki gün sonra isə hökumət əleyhinə çıxışlar bütün ölkəni bürüdü. Hazırda bir çox mütəxəssislər bu Şimali Afrika ölkəsində baş vermiş vətəndaş müharibəsinin əsl səbəbinin Kiranaik və Tripolitan tayfaları arasındakı münaqişədə görürlər. Tripolitalardan olan Müəmmar Qəddafi 40 ildən artıq fasiləsiz olaraq ölkəyə başçılıq edirdi və bu rəqib klanın xoşuna gəlmirdi.

Seyf əl-İslam Qəddafi, arxiv şəkli
© AFP 2021 / IMED LAMLOUM

Qəddafinin güc strukturları silah tətbiq etmişdilər. Kütləvi iğtişaşlar küçə döyüşlərinə çevrildi. Artıq onlarla insan həlak oldu. Müxalifət Benqazidə bir neçə silah anbarını ələ keçirdi.

Martın əvvəlində Qəddafinin rəqibləri "Tripoli üzərinə marş" elan etdilər. Paytaxta beş minə yaxın üsyankar hücum etdi, lakin onlar darmadağın edildi. Qəddafinin ordusunda həmin dövrdə tanklar, artilleriya, kifayət qədər güclü aviasiya var idi. Müxalifətin isə ən yaxşı halda üzərində pulemyotlar quraşdırılmış pikap avtomobilləri vardı. Martın 18-də hökumət qoşunları Benqaziyə girməyə və üsyana son qoymağa hazırlaşırdı. Lakin BMT Təhlükəsizlik Şurası qırğın olacağından ehtiyat edərək beynəlxalq ictimaiyyətə Liviyada güc tətbiq etməyə icazə verdi. Yeganə şərt yerüstü əməliyyatların keçirilməməsi idi.

Qərb dövlətlərinin hökumətləri artıq çoxdan idi ki Qəddafiyə qarşı dişlərini qıcamışdılar və ona görə də yaranmış vəziyyətdən istifadə edərək köhnə hayıflarını almağa çalışdılar. Liviya 1969-cu il dövlət çevrilişindən sonra Avropa və ABŞ-la münaqişəyə girirdi. Vaşinqton Qəddafini beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edirdi. Paris Tripolinin keçmiş Fransa koloniyası olmuş Çada 1970-1980-ci illərdə baş vermiş hərbi müdaxiləsini yaddan çıxarmamışdı. London isə İrlandiya separatçılarına yardımı bağışlaya bilmirdi.

Seyf əl-İslam Qəddafi
© AFP 2021 / MAHMUD TURKIA

Lakin Qəddafi istefaya getmərdən imtina etdi: "Mən heç vaxt Liviya torpağını tərk etməyəcəyəm. Son damla qanıma qədər vuruşub ata-babalarım kimi şəhid olacağam".

Uçuşsuz zona

Əməliyyatın əsas kuratoru və təşkilatçısı olan Pentaqon Liviya sahillərinə çoxlu qüvvə topladı: daim döyüş hazırlığında olan amfibiya-desant qrupunun tərkibində dörd min nəfər dəniz piyadası, 22-ci Dəniz piyadası ekspedisiya korpusu, "Arli Berk" tipli iki eskadra minadaşıyan gəmisi, "Los Anceles" tipli iki çoxtəyinatlı atom sualtı qayığı, strateji atom gəmisi "Ohayo". Bundan əlavə amerikalılar zərbə və bombardmançı aviasiyanı da hazırlamışdılar. Müdaxilənin ən fəal iştirakçıları olan fransızlar həmin əraziyə dörd freqat və "Şarl de Qol" təyyarədaşıyan gəmisini gətirmişdi. NATO-nun digər üzvləri də müəyyən qüvvə göndərmişdi və ümumilikdə bu əməliyyatda bu və ya digər şəkildə 18 ölkənin hərbçiləri iştirak edirdi.

BMT-nin qətnaməsində Liviya üzərində uçuşsuz rejim nəzərdə tutulmasına baxmayaraq, NATO aviasiyası ilk növbədə yerdəki hədəflərə zərbə endirdi. Martın 19-da Fransanın iyirmiyə qədər təyyarəsi Benqazi ətrafında toplaşmış hökumət qüvvələrinin zirehli texnikasına hücum etdi. Elə həmin gün ABŞ və İngiltərə donanmaları Liviyadakı hədəflərə 114 qanadlı raket zərbəsi endirdilər. Tripolinin məlumatlarına görə bu zərbələr nəticəsində 64 nəfər həlak oldu, 150 nəfər isə yaralandı. NATO aviasiyası onlarla körpünü, yol örtüyünü, çoxlu sayda mülki infrastruktur obyektini məhv etdi.

Sonrakı günlərdə bombardmanlar davam edirdi. Liviya ərazisinə müxtəlif kalibrli minlərlə mərmi atıldı. Martın iyirmi üçündə İngiltərə rəbi-hava qüvvələrinin komandanı Qreq Beqvill Liviya hərbi-hava qüvvələrinin tamamilə məhv edildiyini bəyan etdi. Əslində, BMT qətnaməsinə uyğun olaraq müdaxilə bununla başa çatmalı idi. Lakin Qərb bununla kifayətlənmək niyyətində deyildi.

Liderin həlakı

Havada üstünlük əldə edən NATO zərbə təyyarələri metodiki olaraq Qəddafi qüvvələrinin texnika, canlı qüvvə və infrastrukturunu məhv etməyə başladılar.

May ayında NATO qüvvələri artıq Tripolini bombalamağa başladılar. Onlar dəfələrlə Qəddafinin iqamətgahına zərbə endirdilər, lakin o hər dəfə gizlənməyə nail ola bilirdi.

Liviya liderinin sığınacaqlarından biri ölkənin şimalındakı Sirt şəhərində idi. Oktyabrın əvvəlində müxalifətin - Keçici Milli Şuranın silahlı birləşmələri və onların tərəfdarları Qəddafinin Sirtdə gizləndiyini bilərək şəhəri ələ keçirməyə çalışdılar.

Oktyabrın 20-də şəhər tutuldu və Liviya lideri əsir alındı. Qəddafi ətrafında insan kütləsi toplaşdı. Hamı ona zərbə vurmağa, söyməyə və ona nə isə atmağa çalışırdı. Onu üç saatdan çox ələ saldıqdan sonra onu avtomobilə qiyaraq hospirala apardılar. Lakin Qəddafi artıq həlak olmuşdu. NATO bloku isə öz işini bitmiş hesab edərək oktyabrın 31-də əməliyyatı başa çatdırdı.

Əsas mövzular