BAKI, 16 dekabr — Sputnik. Liviyanın devrilərək qətlə yetirilən keçmiş lideri Müəmmar Qəddafinin oğlu prezident seçkilərində iştirak etmək fikrindədir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Seyf əl-İslam prezidentliyiə namizədlik imkanlarını nəzərdən keçirir.
Məlumata görə, artıq Seyf əl-İslam Qəddafi öz proqramını hazırlayıb. Daha əvvəl ailənin vəkili açıqlama vermişdi ki, Seyf əl-İslam Liviya ərazisində siyasi fəaliyyətə başlayıb və ölkədə siyasi razılığa gəlmək niyyətindədir.
Xatırladaq ki, Qəddafi 2011-ci ildə devrildikdən sonra onun ailəsi və yaxınları da nəzarətdə idi. Üsyançılar Qəddafini və onun iki oğlunu öldürmüşdü. Seyf əl-İslam isə uzun müddət həbsdə qalandan sonra bu ilin iyununda “Abu Bakr as-Siddik” qruplaşması onu azadlığa buraxdığını elan etmişdi.
Hazırda Liviya böhran içindədir və ölkədə ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqindəki Tobruk şəhərində xalq tərəfindən seçilən parlament, paytaxt Tripolidə isə BMT və AB-nin dəstəyi ilə yaradılan hökumət fəaliyyət göstərir.