BAKI, 17 fev-Sputnik. Liviya əvvəllər dünyanın nüfuzlu dövlətindən idi, indi isə vassal ölkəyə çevrilib. Onun taleyini başqaları müəyyənləşdirir.
Sputnik Report-a istinadla xəbər verir ki, bunu Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafinin əmisi oğlu, keçmiş general Əhməd Qəddafi ad-Dam Rusiyanın "Russia today" telekanalına müsahibəsində deyib.
Keçmiş generalın sözlərinə görə, NATO Liviyaya onu darmadağın etmək üçün gəlibmiş: "Liviya cinayətkar ünsürlərin, oğurluq və qarətin, dünya mafiyasının mərkəzinə çevrilib".
Qəddafi, Liviyadakı indiki hakimiyyəti "Qərbin marionetkası" adlandırıb.