01:09 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Türk tankı

"Vilayəti Türkiyə" və ya "ölünün dirilməsi" Ankaraya nə vəd edir

© AFP 2019 / BULENT KILIC
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
2295 0 0

Türkiyə İŞİD-ə qarşı NATO dövlətlərinin koalisiyasına qoşulmalıdır

BAKI, 30 aprel - Sputnik. Terror təşkilatı İŞİD-in 4 il sonra yenidən ortaya çıxan rəhbəri Əbu Bəkr Bağdadinin əlindəki dosyelərdən birində "Türkiyə Vilayəti" yazısı hər kəsin marağına səbəb olub.

4 il aradan sonra yenidən ortaya çıxan İŞİD rəhbəri Bağdadinin görüntüsü bütün dünyada gündəm olub. Yayımlanan videoda Bağdadinin əlindəki bəzi fayllar və bu faylların üzərindəki yazılar suallara səbəb olub. Dosyelərin üzərindəki Dəməşq, Yəmən, Somali, Qafqaz, Orta Afrika ilə yanaşı Türkiyənin də adı "Vilayəti Türkiyə" şəklində keçir. S-400-lərin Türkiyəyə təslim tarixinin yaxınlaşması, Aralıq dənizindəki təbii qaz gərginliyi və ABŞ tərəfindən Türkiyəyə qarşı təzyiqlərin edildiyi bir vaxtda Bağdadinin əlində "Türkiyə dosyesi" ilə ortaya çıxması diqqət çəkib.

Məzhəblərarası gərginliklərin baş alıb getdiyi Suriya və İraqla sərhəddə yerləşən Türkiyə baş verənlərdə İŞİD-i günahlandırır. Bu qrup İranı da hədəf alır və şiələrin kafir olduğunu deyir. Araşdırmaçılar İŞİD-ın məzhəb müharibəsinin Türkiyəyə doğru irəlilədiyini bildirirər. Vaxtilə İŞİD-ə simpatiya bəsləyən qruplar Türkiyədə özlərinə yuva salanda hökumət buna qarşı sərt addımlar atmadı. Belə görünür ki, Türkiyə uzun müddət Suriyadakı sabitsizlikdən əziyyət çəkəcək. Bütün bunlarla yanaşı Türkiyədə təşkil edilən yürüşlərdə bəzən İŞİD-ın bayraqları gözə dəyir. Bu isə o deməkdir ki, ən azı bəzi Türkiyə dairələri İŞİD-ə rəğbətlə yanaşır. Ola bilsin ki, İŞİD bu yaxınlarda Suriya və İraqda əhəmiyyətli məğlubiyyətlərə düçar olub, lakin o dağılmayıb və prosesləri Türkiyə daxilinə keçirtmək istəyir. Əgər ölkə daxilindəki və Qərbdəki düşmənlərinin prezidentin müəyyən geosiyasi nəticələr üçün İŞİD-dən faydalanmaq üçün istifadə etdiyi barədə dedikləri doğrudursa, onda bu siyasət artıq əks effekt verir. İŞİD indi təkcə Türkiyənin Suriya ilə həmsərhəd bölgələrində deyil. İŞİD-ə bağlılıqlarını elan etmiş qrup və fərdlər Türkiyə üçün ciddi problemlər yarada biliblər. Türkiyə bu gün təhlükə ilə üz-üzədir. Ölkə onilliklər ərzində özü və qonşuları ilə sülh içində (Yunanıstanı və Kipr məsələsini çıxmaq şərtilə) yaşayıb və NATO-nun sədaqətli və dəyərli müttəfiqi olub. Ankara bu yaxınlaradək diqqətini iqtisadi və sənaye inkişafına yönəltmişdi. Ölkədə firavanlıq artırdı, azad mətbuat, demokratiya, gənclər üçün çox sayda iş yerləri vardı. İndi bütün bunlar təhlükədədir, ölkənin azad cəmiyyəti bir çox aspektlərdə geri çəkilir.

Türkiyəni gələcəkdə gözləyə biləcək bəlalardan qorunmaq üçün Ankara nə etməlidir? Araşdırmaçılara görə, türk hökuməti bu ərəfədə yekun qərarı qəbul etmək məcburiyyətindədir. Bu vəziyyətdə Türkiyənin 3 yolu var. Türkiyə daxilində İŞİD-in alt yapısı var. Dövlət ilk növbədə həmin alt yapını aradan qaldırmalıdır. İŞİD-ə qoşulmaq üçün ölkə sərhədlərindən Suriyaya keçmək istəyənlərin qarşısı alınmalıdır. Hamıya məlumdur ki, İŞİD-ə qoşulanların böyük bir qismi Suriyaya Türkiyə sərhədlərindən daxil olurlar. Buna görə də Suriya ilə sərhəd xətti möhkəmləndirilməlidir. Türkiyə İŞİD-ə qarşı NATO dövlətlərinin koalisiyasına qoşulmalıdır. ABŞ çoxdan idi ki, bu koalisiyanı arzulayırdı. Lakin hər dəfə rəsmi Ankara məsələni yubandırırdı. Yaxud Türkiyə İŞİD təhlükəsinə qarşı Rusiya və İranla əməkdaşlıq etməlidir.

Türkiyə hakimiyyəti yuxarıda sadalanan şərtlərə əməl etməsə, İŞİD yaxın vaxtlarda Türkiyə üçün baş bəlasına çevrilə bilər. Buna görə də Türkiyə hakimiyyəti dərhal adekvat tədbirlər görməlidir. İŞID Türkiyədə bir sıra terror aktları həyata keçirə bilər. Bu baxımdan, Ankara baş verə biləcək təxribatların qarşısını almağa hazır olmalıdır...

Əsas mövzular