Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Yeni oyunun başlanğıcı – Vaşinqton Ankaranın marağını nəzərə almaq zorundadır

© AFP 2024 / TECH. SGT. ANDY DUNAWAYВид с воздуха на речной вход в Пентагон в Вашингтоне, округ Колумбия
Вид с воздуха на речной вход в Пентагон в Вашингтоне, округ Колумбия - Sputnik Azərbaycan
Abunə olmaq
Ankara PKK/PYD-nın silahlandırılmasına seyrçi qala bilməz

BAKI, 19 mart — Sputnik. Pentaqonun İraq və Suriya üçün ayırdığı büdcənin məbləği məlum olub. 2020-ci ildə İraq təhlükəsizlik qüvvələrinin təlimi üçün Pentaqon 745 milyon dollar ayırıb. Suriyada SDQ adından istifadə edən YPG/PKK terror təşkilatına və digər müxalif qruplara isə 300 milyon dollar ayrılıb.

YPG terror təşkilatının Afrində dalğalanan bayrağı - Sputnik Azərbaycan
ABŞ-dan etiraf kimi hesabat: "YPG, PKK-nın Suriyadakı milisidir"

İraqda peşmərgə də daxil olmaqla təhlükəsizlik qüvvələrinə verilən silah və sursat arasında avtomat və pulemyotlarla yanaşı avtomobillər, təcili tibbi yardım maşınları, PDM-lər var.

SDQ adından istifadə edən YPG/PKK-ya ayrılacaq silahlar arasında ağır silahlar yoxdur. Alınacaq silahlar siyahısında 3000 ədəd "Kalaşnikov" avtomatı var. Bundan əlavə, 10 milyon dollarlıq sursat veriləcək.

Xatırladaq ki, PYD-nin PKK ilə münasibətləri o qədər güclüdür ki, hətta PKK terrorçularının Suriyada PYD-nin nəzarətində olan ərazilərində hərbi bazaları da mövcuddur. Lakin Vaşinqton bəyan edir ki, PKK-nı terrorçu təşkilat kimi qəbul edir, Suriyadakı PYD silahlılarını bu kateqoriyaya aid etmir.

Qeyd edək ki, rəsmi Ankara həm PKK-nı, həm də Suriyadakı PYD-ni terrorçu təşkilat kimi tanıyır. Türkiyə prezidenti R.T.Ərdoğan dəfələrlə öz çıxışında PYD-nin PKK ilə bağlantısı olduğunu bəyan edib. Birləşmiş Ştatlarda belə hesab edirlər ki, PYD Suriyada onların İŞİD-ə qarşı aparacağı müharibədə əsas yerli qüvvə olub. Çünki ABŞ Suriyada əsas qüvvələr ilə düşməndir, onlarla əməkdaşlıq etmir. Onlar anti-Əsəd, anti-İŞİD qüvvələri üçün də yeganə yerli qüvvə PYD qüvvələrini sayırlar. Ankarada isə anlayırlar ki, PYD-nin bu silahlardan Türkiyəyə qarşı istifadə etməməsinə heç kim qarantiya verə bilməz.

Türkiyə PYD-yə hər hansı köməyi qəbul etmir. ABŞ isə hər zaman onun maraqlarına cavab verən hərəkat və təşkilatları dəstəkləyib, onları müdafiə edib. Bu gün də PKK və PYD-nin mövcudluğu ABŞ-ın marağına cavab verir. Ona görə də, Türkiyənin PYD-yə zərbə vurması onu narahat edir. Vaşinqton bu səbəbdən PYD-ni silahlandırır.

Doğrudur, Türkiyə NATO üzvüdür və öz siyasətində bunu nəzərə alır. Lakin Türkiyə üçün daha önəmli olan öz maraqlarıdır və Ankara bu maraqları müdafiə etməyə qadir olan bir dövlətdir. Bu baxımdan, Suriyada bufer zonasının qurulması Türkiyənin çoxdankı niyyətidir. Türkiyə PKK-nın Suriyadakı filialı sayılan PYD-ni öz ərazi bütövlüyünə təhlükə olan terrorçu qüvvə sayır.

Türkiyənin Afrinə hərbi müdaxiləsi ABŞ və NATO-nu aydın şəkildə əsəbiləşdirsə də, onların strateji maraqları tələb edir ki, Ankara Qərb alyansının üzvü qalmaqda davam etsin, Rusiya və İranla əməkdaşlıq eləməsin. Məsələ ondadır ki, bölgədə şahmat fiqurları yenidən Türkiyə ilə hərəkət edir. Suriyada Rusiya və İrandan geridə qalması və cənub-şərq müttəfiqi Türkiyə ilə münasibətlərinin gərginləşməsi NATO və ABŞ üçün çıxılmaz vəziyyət yaradır. Türkiyə üçün isə belə vəziyyət əlavə manevr imkanlarıdır. Ankaranın məqsədi özünün hərbi və xarici siyasət təhlükəsizliyini təmin etməkdir. Suriyada PYD-yə zərbələr endirməsi Türkiyə prezidenti Ərdoğanın ölkə daxilindəki siyasi maraqlarına da cavab verir.

Amerikalı general Pol Funk PKK/YPG terror təşkilatının Suriyadakı liderlərindən olan Ferhat Abdi Şahinin görüşü  - Sputnik Azərbaycan
Pentaqon YPG/PKK-ya verilən silahların geri alınması məsələsində səssiz qalıb

Burada bir məqama diqqət yetirək. Proseslərin sonrakı inkişafında Rusiyanın mövqeyi həlledici ola bilər. Rusiyanın Suriyada yüzlərlə hərbçisi var və hava məkanına nəzarət edir. Rusiyanın razılığı olmadan Türkiyənin növbəti dəfə hücuma keçməsi problemli ola bilər və müharibədə yeni cəbhənin açılmasna gətirib çıxara bilər. Xatırladaq ki, ABŞ hava qüvvələrinin zərbələri sayəsində YPG və Suriya Demokratik Qüvvələri (SDF) adı altında birləşən ərəb silahlılarından ibarət alyans on minlərlə kvadrat kilometr ərazini İŞİD-dən təmizləyib. İŞİD-ə qarşı ABŞ koalisiyasının üzvü olmasına baxmayaraq, Türkiyə israrlı olaraq Vaşinqtonun PYD-ni dəstəkləməyin əleyhinə çıxış edib və onun Suriyanın şimal sərhədinə nəzarəti ələ keçirməsinin qarşısını almağa çalışıb.

ABŞ Türkiyəni əsasən ərəblərin yaşadığı Menbic şəhərini PYD-dən güclə almaq fikrindən daşındıra, PYD-ni Fərat çayının şərq sahilinə çəkilməyə razı sala bilib. Türkiyə rəsmiləri bu razılığın hələlik yerinə yetirilməmiş qaldığını deyir. Bu baxımdan, Ankara PKK/PYD-nın silahlandırılmasına seyrçi qala bilməz. Pentaqon Türkiyənin maraqlarını nəzərə almaq zorundadır...

Xəbər lenti
0