16:55 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
İŞİD terrorçuları

Qonşu ölkələrdən qovulan radikal qruplar Azərbaycana gələ bilərmi?

© Foto : haberler.com
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
331 0 0

Əgər İran hədəf seçiləcəksə, radikal qrupların ölkəmizə istiqamət alacağı istisna edilmir

BAKI, 23 may — Sputnik. ABŞ İranı sanksiyalarla təhdid etməkdə davam edir. Vaşinqton bəyan edir ki, əgər Tehran öz siyasi kursunu dəyişməzsə, bu ölkə tarixdə ən ağır sanksiyalara məruz qalacaq.

ABŞ Dövlət katibi Mayk Pompeo bildirib ki, ölkəsi İrana davamlı ağır maliyyə sanksiyaları tətbiq edə bilər: "Tehran rəhbərliyi bizim ciddiliyimizə şübhə etməsin. Tehran öz siyasi kursundan əl çəkməyəcəyi təqdirdə, sanksiyalarımız ağır olacaq və getdikcə güclənəcək".

O deyib ki, İranın hazırkı siyasəti qəbuledilməzdir və bu halda Tehranla əməkdaşlıq etmək mümkün deyil. İranın nüvə proqramı ilə bağlı məsələyə toxunan M.Pompeo bildirib ki, İranla imzalanan saziş Amerika xalqının təhlükəsizliyinə təminat vermir.

Bununla belə, Pompeo Vaşinqtonun Tehranla yeni nüvə proqramı ilə bağlı sazişi imzalamağa hazır olduğunu da bəyan edib: "İki həftə öncə prezident Donald Tramp da İranla yeni saziş imzalamağa hazır olduğunu bəyan edib. Bizim məqsədimiz Amerika xalqını müdafiə etməkdir. İstənilən yeni saziş də İranın nüvə silahı əldə etməyəcəyinə və məkrli məqsədlər üçün istifadə edilməyəcəyinə tam təminat verməlidir".

Tehran rejiminə qarşı sanksiyaların yumşaldılmasının şərtlərini açıqlayan Pompeo deyib ki, İran öz siyasətini dəyişəcəyi təqdirdə ABŞ sanksiyaları yumşalda bilər: "Əks təqdirdə, İran iki seçim qarşısında qalmalı olacaq: ya öz iqtisadiyyatını qoruyub saxlamaq və inkişaf etdirməlidir, ya da öz iqtisadi potensialını xaricdə hərbi əməliyyatlara xərcləmək yolunu seçməlidir. Bunun üçünsə İranın resursu yetməyəcək".

Vurğulayaq ki, Donald Trampın ABŞ-ın İranla bağlanan nüvə razılaşmasından çıxması qərarını İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn dəstəkləsə də, İngiltərə, Çin, Rusiya, Almaniya və Fransa kimi ölkələr dəstəkləmədi və Ağ Evi bu qərarına görə qınadılar.

Avropa ölkələri İranla imzaladıqları nüvə sazişinə sadiq qalacaqlarını bəyan etdi. Hətta İngiltərə baş naziri Tereza Mey Almaniya və Fransa ilə birgə İranla əməkdaşlığı davam etdirəcəyini bildirdi. Yaranmış durumda tək qalan ABŞ-ın İrana qarşı mövqeyindən vaz keçməyəcəyi və yeni plan üzərində işlədiyi bəlli olub.

İran ətrafında baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Bu ölkənin taleyi bütün bölgəyə, o cümlədən Azərbaycana birbaşa təsir edir. Düzdür, artıq İranın qonşularına təsiri əvvəlki qədər geniş deyil. Yəni 90-cı illərdə və 2000-ci illərin əvvəllərində İranın şimal qonşularının "həyat və məişətinə" iqtisadi təsiri daha güclü hiss olunurdu. Artıq bu təsirin tədricən azalması müşahidə edilir.

Yeni Xəzəryanı müstəqil dövlətlər iqtisadi vəziyyətlərini nə qədər çox yaxşılaşdırsalar, İrandan bir o qədər uzaqlaşırdılar. İranın, demək olar ki, bütün Xəzəryanı ölkələrlə münasibətlərində də eyni hal müşahidə olunur: ticarət dövriyyəsi əvvəlkindən xeyli aşağıdır.

Əslində, İranın narahatlığını da anlamaq mümkündür. Rəsmi Tehran şimalda bilavasitə qonşularının gələcək geosiyasi addımları ilə bağlı "rahat olmaq" istəyir. İran şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak etməyə (nə qabaqcıl texnologiyalar, nə sərbəst vəsait var), SOCAR da İran layihələrinə qoşulmağa can atmır — risk payı kifayət qədər çoxdur.

Tehranın bütün bölgədən sıxışdırılması müşahidə edilir. Bu baxımdan, İran bu gün yalnız ABŞ ilə deyil, Türkiyə ilə də rəqabət aparır. Belə ki, Tehran və Moskva Suriyada Bəşər Əsəd rejiminin möhkəmləndirilməsində maraqlıdırsa, Ankara, koalisiya qoşunları çıxarıldıqdan sonra ölkəni Suriya xalqına təhvil vermək uğrunda mübarizə aparır.

Tərəflər əmindirlər ki, Suriya öz ərazi bütövlüyünü qoruyub saxlamalıdır. Bu isə ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında "Kürdüstan Fəhlə Partiyasının (PKK) nəzarəti altında olan" qondarma dövlət yaratmaq istəyən Kürd Xalq Özünümüdafiə Dəstələrinin (YPG) planlarını pozur.

Onu da vurğulayaq ki, hərbi əməliyyat bölgələrində inzibati infrastrukturun bərpasına dəstək vermək, daha sonra onları dinc kürd və ərəb sakinlərə vermək planları Ankaranın yalnız silahlı dəstələri qovduğunu təsdiq edir. Maraqlıdır ki, Türkiyə rəsmi olaraq münaqişəyə cəlb edilmiş bütün digər tərəflərin də belə edəcəyini gözləyir.

Lakin aktual olan başqa sualdır: Suriya və digər ölkələrdən qovulan radikal qruplar Azərbaycana gələ bilərlərmi?

İstənilən halda, radikal qrupların Azərbaycana qarşı diqqətinin artdığını müşahidə edə bilərik. Ölkədəki bəzi neqativ tendensiyalar Azərbaycanın zəifləməsində maraqlı olan beynəlxalq qüvvələri fəallaşdıra bilər. Bu baxımdan, əgər İran hədəf seçiləcəksə, radikal qrupların Azərbaycana axışa biləcəyi də istisna edilmir. Elə buna görə də Bakı öz qonşuluğunda sülhün bərqərar olmasını arzulayır…

Əlaqədar

İran prezidenti və Böyük Britaniya kraliçasından İlham Əliyevə təbrik
İraqda İrana meylli hökümət qurula bilərmi – politoloq şərhi
ABŞ hücuma keçdi: İranı hər yerdə çökdürəcəyik
İranın hərbi bazası bombardman edildi
İraq parlamenti İranpərəstlərin nəzarətinə keçdi
Teqlər:
Mayk Pompeo, Suriya, Tehran, Vaşinqton, sanksiya, İran, ABŞ

Əsas mövzular