20:19 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Prezident İlham Əliyev
© AZƏRTAC

İlham Əliyevin Suriya mesajlarının pərdəarxası

TƏHLİL
Qısa URL
19301

Azərbaycan Suriyaya nə kömək edə bilər? Ekspertlər Prezidentin "Suriyaya və regiona dəstək" beynəlxalq konfransına qatılmasını və orada səsləndirdiyi bəyanatları şərh edirlər.

BAKI, 5 fev — Sputnik. "Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində — 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü".

Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Londonda "Suriyaya və regiona dəstək" konfransı çərçivəsində keçirilən sessiyada çıxışı zamanı deyib. Prezident bildirib ki, Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır. Dövlət başçısının sözlərinə görə, ən əsası sülh və atəşkəsin siyasi həllini tapılmasıdır.

"Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar", — Azərbaycan Prezidenti vurğulayıb.

İ. Əliyev deyib ki, Azərbaycan böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilir: "Əlbəttə ki, biz Suriyadakı bacı və qardaşlarımıza dəstək olmaqda davam edəcəyik. Biz Suriya qaçqınlarını qəbul etmək üçün üzərinə belə böyük bir yükü götürən ölkələrə minnətdarıq".

Азер Рашидоглу
© Sputnik / Murad Orujov
Азер Рашидоглу

Politoloq Azər Rəşidoğlunun fikrincə, Londonda keçirilən konfransda iştirak Azərbaycanın maraqlarına uyğundur. "Azərbaycanın Suriyaya nəsə verməsi real deyil. Sadəcə olaraq belə konfranslarda iştirak Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan bununla mesaj vermək istəyir ki, ölkənin inkişafı və bölgədə inkişaf üçün əsas məsələ daxili sabitlikdir. Korrupsiyaya qarşı mübarizə və sabitliyin qorunması əsasdır. Suriya məsələsində Azərbaycan hansısa bir tərəfin mövqeyini tuta bilər ki, bu da Azərbaycanın maraqlarına cavab vermir".

"Mən düşünürəm ki, Azərbaycan Suriya məsələsində Türkiyə ilə mövqelərini uzlaşdırmalıdır. Lakin, açıq şəkildə Türkiyə ilə eyni mövqedən çıxış etmək Rusiyanın qıcığına səbəb ola bilər. Bu baxımdan Azərbaycanın neytral mövqe tutması daha məqbul variantdır", — A. Rəşidoğlu vurğulayıb.

Politoloq Qabil Hüseynli isə bildirir ki, bu toplantı sırf Suriya probleminin həlli üçün vəsait cəlbinə hesablanıb. Onun sözlərinə görə, hazırkı durumda Azərbaycanın hansı maliyyə töhfəsini verməyi planlaşdırdığı isə hələlik məlum deyil:

Qabil Huseynli
youtube
Qabil Huseynli

"Biz humanitar formada geyimlər, ərzaq, dərman vasitələri və başqa lavazimatlarla onlara kömək göstərə bilərik. Bir də orada əsasən nəğd pul məsələsi müzakirə olunur".

"Məsələn, Angela Merkel dedi ki, Almaniya Suriyaya 2,3 milyard avro pul ayıracaq. Artıq ianələr təxminən 10 milyard dolları keçib. Azərbaycan nə qədər və hansı formada Suriyaya ianə verəcək, bu, haqda məlumatım yoxdur", — Q. Hüseynli qeyd edib.

"Hər halda Azərbaycanın özünün də problemləri olmasına baxmayaraq, Suriyaya pul şəklində yardım göstərəcək", —deyə şərhçi düşünür.

Qeyd edək ki, Suriyadakı müharibədən əziyyət çəkənlərə yardımın 9 milyard dollara qədər artırılması ilə bağlı dünya liderləri cümə axşamı Londonda donorlar iclasında bir araya gəlib.

Əlaqədar

Suriyada raket atəşi nəticəsində 15 nəfər ölüb
Moskva Suriyadakı planlarını açıqladı
Suriyalı uşaq Aylan Kurdinin atasından ürək dağlayan açıqlama
​Suriyada mühasirədə olan şəhərə ilk humanitar yardım göndərilib
Suriya ordusu İŞİD-in "paytaxtına" hücuma keçib
Türk ordusu Suriyaya qoşun yeritdi
Putin: “Suriyada hələ bütün imkanlarımızdan istifadə etməmişik”
Teqlər:
Politoloq Qabil Hüseynli, Politoloq Azər Rəşidoğlu, "Suriyaya və regiona dəstək" konfransı, Ermənistan Azərbaycana qarşı təcavüz, Suriya qaçqınları, Suriya, Türkiyə, Azərbaycan, qaçqın

Əsas mövzular