BAKI, 4 fev-Sputnik. Londonda "Suriyaya və regiona dəstək" donor konfransı başlayıb.
Sputnik-in məlumatına görə, konfrans Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycan prezidenti İlham Əliyev də bu konfransda BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti əsasında iştirak edir.