BAKI, 20 iyul - Sputnik. İyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının tövsiyələrinə görə, qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.
Sputnik Azərbaycan bildirir ki, bu gün və sabah məscidlərdə birgə bayram namazları qılınacaq.
Qurbanlığa tələblər
Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Yarmarkalar
Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Yarmarka Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun şəkildə keçirilir. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün www.qurbanliq.kendden.az satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə verilib.
Eləcə də oxuyun:
-
Qurbanlıqlar bahalaşacaq? AQTA-nın qadağası rayondan heyvan gətirənlərin yolunu bağlayıb
-
Şeyxülislam: "Builki Qurban bayramını Zəfər müjdəsi kimi qarşılayırıq"
-
Pandemiya dövründə Qurban bayramı necə qeyd ediləcək?
-
Qurbanlıq heyvan kəsən qəssabların nəzərinə