Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İtaliyalı Leonardo Bonuççi AVRO-2020 final qarşılaşmasının ən yaxşı oyunçusu seçilib

© REUTERS / FACUNDO ARRIZABALAGAİtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi
İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi  - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Leonardo Bonuççinin qolu italiyanları AVRO-2020 final oyununun əsas vaxtında məğlubiyyətdən xilas edib.

İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi AVRO-2020 final oyununun ən yaxşı oyunçusu seçilib. Bu barədə UEFA-nın rəsmi Twitter hesabında deyilir.

Londonun "Uembli" stadionunda keçiriən AVRO-2020 final oyununda İtaliya yığması penalti seriyasında İngiltərə millisinə 3-2 hesabı ilə qalib gəlib. Oyunun əsas və əlavə vaxtı isə 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunun 67-ci dəqiqəsində qol vuraraq Bonuççi hesabı bərabərləşdirib, daha sonra isə penalti seriyasında da 11 metrlik zərbəni qola çevirib.

Xəbər lenti
0