İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi AVRO-2020 final oyununun ən yaxşı oyunçusu seçilib. Bu barədə UEFA-nın rəsmi Twitter hesabında deyilir.
Londonun "Uembli" stadionunda keçiriən AVRO-2020 final oyununda İtaliya yığması penalti seriyasında İngiltərə millisinə 3-2 hesabı ilə qalib gəlib. Oyunun əsas və əlavə vaxtı isə 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Oyunun 67-ci dəqiqəsində qol vuraraq Bonuççi hesabı bərabərləşdirib, daha sonra isə penalti seriyasında da 11 metrlik zərbəni qola çevirib.