https://sputnik.az/20210924/Prezident-Ilham-Aliyev-Iraqin-neft-nazirini-qebul-edib-428005235.html
İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır
İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti iraqlı rəsmiyə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman BMT, digər beynəlxalq formatlarda Azərbaycanın... 24.09.2021, Sputnik Azərbaycan
2021-09-24T14:17+0400
2021-09-24T14:17+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
siyasət
nazir
qəbul
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428005195_0:504:2694:2027_1920x0_80_0_0_0169572b58fe0ec6fc21fa36a4ea415e.jpg
BAKI, 24 sentyabr — Sputnik. İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cümə günü, sentyabrın 24-də qəbul etdiyi İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbar deyib.İraqın Baş nazirinin Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını çatdıran Cabbar bildirib ki, İraq da öz növbəsində Azərbaycana dəstəyini ifadə edir.Görüşdə Azərbaycanla İraq arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğu qeyd edilib, enerji sektorunda Azərbaycanın İraq üçün mühüm tərəfdaş olduğu bildirilib. Qeyd edilib ki, ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir. Bildirilib ki, İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.Söhbət zamanı dövlətimizin başçısı tərəfindən COVID-19-la mübarizədə İraqa göstərilən dəstək də yüksək qiymətləndirilib.Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.Söhbət zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.Eləcə də oxuyun:Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb: Qiymət artımı bizim üçün əlverişlidirİlham Əliyev Rusiya jurnalına müsahibəsində Vətən müharibəsinin detallarını açıqladıPrezident: “Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”İlham Əliyev "DP World" şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428005195_0:334:2694:2027_1920x0_80_0_0_67d01f6ceb0c7f0feea31d8e4bf6c391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, nazir, qəbul, azərbaycan
xəbərlər, nazir, qəbul, azərbaycan
İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır
14:17 24.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Azərbaycan Prezidenti iraqlı rəsmiyə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman BMT, digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq edib.
BAKI, 24 sentyabr — Sputnik. İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin cümə günü, sentyabrın 24-də qəbul etdiyi İraq Respublikasının neft naziri
İhsan Əbdül Cabbar deyib.
İraqın Baş nazirinin Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını çatdıran Cabbar bildirib ki, İraq da öz növbəsində Azərbaycana dəstəyini ifadə edir.
Görüşdə Azərbaycanla İraq arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğu qeyd edilib, enerji sektorunda Azərbaycanın İraq üçün mühüm tərəfdaş olduğu bildirilib. Qeyd edilib ki, ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir. Bildirilib ki, İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.
Söhbət zamanı dövlətimizin başçısı tərəfindən COVID-19-la mübarizədə İraqa göstərilən dəstək də yüksək qiymətləndirilib.
Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.
Söhbət zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.