CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev "DP World" şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib
Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin açılması və ölkəmizdə azad ticarət zonasının fəaliyyətə başlaması həm ölkələrimiz arasında, həm də regionda iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacaq.
Eləcə də oxuyun:
Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər - Azərbaycan lideri
İlham Əliyev - Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaq
İlham Əliyev: "İyirmi səkkiz il ərzində Minsk qrupu çox imkanları əldən verib"
Xəbər lenti
0