CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İraqın neft nazirini qəbul edib
Prezident İlham Əliyev İraqın neft nazirini qəbul edib - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Azərbaycan Prezidenti iraqlı rəsmiyə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman BMT, digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq edib.
BAKI, 24 sentyabr — Sputnik. İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cümə günü, sentyabrın 24-də qəbul etdiyi İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbar deyib.
İraqın Baş nazirinin Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını çatdıran Cabbar bildirib ki, İraq da öz növbəsində Azərbaycana dəstəyini ifadə edir.
Görüşdə Azərbaycanla İraq arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğu qeyd edilib, enerji sektorunda Azərbaycanın İraq üçün mühüm tərəfdaş olduğu bildirilib. Qeyd edilib ki, ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir. Bildirilib ki, İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.
Söhbət zamanı dövlətimizin başçısı tərəfindən COVID-19-la mübarizədə İraqa göstərilən dəstək də yüksək qiymətləndirilib.
Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.
Söhbət zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Eləcə də oxuyun:
Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb: Qiymət artımı bizim üçün əlverişlidir
İlham Əliyev Rusiya jurnalına müsahibəsində Vətən müharibəsinin detallarını açıqladı
Prezident: “Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu
İlham Əliyev "DP World" şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib
Xəbər lenti
0