https://sputnik.az/20210820/azerbaycanda-bal-idxali-artib-427694569.html
Kiloqramı yüz əlli dollara bal: belə imkan varkən niyə yerli bazara çalışırıq?
Kiloqramı yüz əlli dollara bal: belə imkan varkən niyə yerli bazara çalışırıq?
Sputnik Azərbaycan
Azərbaycana bal idxalını, istehsaldakı vəziyyəti, perspektivləri Sputnik Azərbaycan araşdırıb. 2021-ci il yanvar ayının 1-nə ölkəmizdə arı ailələrinin sayı 596... 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T09:30+0400
2021-08-20T09:30+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
bal
idxal
ixrac
işğaldan azad edilmiş ərazilər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41224/43/412244387_0:0:2001:1125_1920x0_80_0_0_8face3cf705abf38a125c11e6755c293.jpg
BAKI, 20 avqust — Sputnik. Azərbaycan Rusiyanın bal ixrac etdiyi ölkələrin siyahısında doqquzuncu yerdədir. Rusiyadan bal ixrac olunan ölkələrin sayı 17-dən 31-ə çatıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Rusiyadan bal idxalını 5,32 dəfə artıraraq 23 tona çatdırıb. Bu barədə RİA Novosti-yə Rusiya Kənd Təsərrüfatı Bankından ("Rosselxozbank" ) məlumat verilib.Bəs hazırda Azərbaycanda bal istehsalında vəziyyət necədir, idxal-ixrac statistikası nə göstərir? Ölkəmizdə bu sahənin perspektivləri varmı? İşğaldan azad edilmiş ərazilərdə gələcəkdə 300 min arı ailəsinin saxlanması mümkündürAzərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda arı artımı sürətlə gedir. Təxminən 5 il əvvəl ölkədə 250 min arı ailəsi var idi, bu gün isə 500 mini keçib. Bizdə ölkəni balla təmin edəcək qədər məhsul istehsal olunur. Bizim təxminən 5 min ton illik bal tələbatımız var. Bu il hələ ki, bal süzümü davam edir, artıq 6 min ton bal süzmüşük. Bu il məhsuldar ildir. İşğaldan azad edilmiş ərazilərdə gələcəkdə 300 min arı ailəsinin saxlanması mümkündür. Ötən il balın orta bazar qiyməti 25 manat idi, amma bu il 20 manata enib. Bolluq olanda məhsul ucuzlaşacaq. İstehsal artdıqca qiymət də aşağı düşəcək. Bu il 1 kiloqram bal bizə 7-8 manata başa gəlir, ötən il 10 manat idi. Azərbaycanın arıçılıq sahəsinin potensialı böyükdür.Rusiyadan gətirilən bal daha ucuz başa gəlirBədrəddin Həsənovun sözlərinə görə, Rusiyada böyük əkin sahələri var və o sahələrdə kütləvi bal istehsal olunur. Amma bu balın keyfiyyəti bizim təbiətdən yığılan balın keyfiyyətinə çatmır. Rusiyadan gətirilən bal daha ucuz başa gəlir. Bir çox ölkələrdə daxili bazarı qorumaq üçün idxal balın gətirilməsinə müəyyən məhdudiyyət qoyulur. Məsələn, Türkiyədə balın idxal rüsumu yüksəkdir. İsrail bal idxalını qadağan edib. Biz də bunu tətbiq etməliyik ki, daxili bazarı qoruyaq. Gələcəkdə bizim bazarı xarici ballar tutsa, onlarla rəqabət apara bilməyəcəyik. Biz yerli bazarı qorumaq üçün balın idxal rüsumunu artırmalıyıq və yaxud digər alətlərdən də istifadə edilə bilər. Aidiyyəti qurumlar isə bizə deyirlər ki, rəqabət aparmaq lazımdır.İlin əvvəlində ölkədə arı ailələrinin sayı yarım milyondan çox olubKənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanına əsasən, hər bir arı ailəsinə görə subsidiya məbləği müəyyən edilib və bu subsidiya hər il aparılmış monitorinqlərə uyğun olaraq arıçılıqla məşğul olan fermerlərə verilir. Subsidiya mexanizmi tətbiq edildikdən sonra ölkədəki bütün arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və elektron məlumat bazasının yaradılması həyata keçirilib. Bunun təsiri nəticəsində 2021-ci il yanvar ayının 1-nə ölkəmizdə arı ailələrinin sayı 596 min 700-ə çatıb. Orta məhsuldarlıq təxminən 10-12 kiloqram təşkil edir.Kəlbəcər və Laçın balı daha keyfiyyətlidirE.Həsənov vurğulayıb ki, bu il pilot layihə çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4068 arı ailəsinin köçürülməsi təmin edilib. Orta məhsuldarlıq 30-40 kiloqramdır. Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Laçın rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın bu yaylaqlara köçünü təmin etməkdir.Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin də sözlərinə görə, istehsal olunan balın bol məhsuldarlığı və ən yaxşı keyfiyyəti azad edilmiş ərazilərdə, xüsusən də Kəlbəcər və Laçında müşahidə olunur.“Təsəvvür edin ki, Azərbaycan üzrə orta göstərici bir arı şanından alınan bal 16 kiloqram olduğu halda, Kəlbəcərə daşınan arı pətəkləri hər biri 30-35 kiloqram bal verir. Bundan əlavə, floranın müxtəlifliyi ilə orada istehsal olunan balın keyfiyyəti daha yaxşıdır”, - deyə Fikrətzadə Sputnik Azərbaycan-a bildirib.Azərbaycan balının xarici bazarlara daha çox çıxarılması üçün marketinq işləri artırılmalıdırEldar Həsənovun sözlərinə görə, Azərbaycan balının xarici bazarlara daha çox çıxarılması üçün marketinq işləri artırılmalıdır və bu istiqamətdə işlər görülür: "Bizim bal keyfiyyətli baldır. Yerli balın qorunması üçün balın idxal rüsumunun qaldırılmasına ehtiyac yoxdur, alıcı balın keyfiyyətinə baxır. Gələcəkdə Azərbaycanda istehsal olunan ekeoloji təmiz kənd təsərrüfatı məhsullarının, xüsusən də balın Avropa bazarlarına çıxarılması üçün hazırda danışıqlar aparılır. Bundan başqa, nazirlik yerli arı cinslərinin genofondunu qorumaq məqsədilə iki təsərrüfatı damazlıq dövlət reyestrinə salıb".Firdovsi Fikrətzadənin fikrincə isə daxili bazar daha sərfəlidir: "Azərbaycan ilk növbədə daxili bazar üçün kifayət qədər bal istehsal etməlidir. Bundan əlavə, dünya bazarında balın qiyməti Azərbaycan qiymətlərindən aşağı olduğu halda, ölkədə istehsal olunan bal daxili bazarda kifayət qədər yaxşı qiymətə satılır”.Onun sözlərinə görə, dünya bazarlarında balın ixrac qiyməti kiloqramı 3-4 dollar təşkil edir. Məsələn, Avropa ölkələrində ən bahalı bal növü kiloqramı 5-10 dollara başa gəlir. Ekspert qeyd edib ki, daxili bazarda tələbatın yüksək olması səbəbindən azərbaycanlı istehsalçılara yerli bazarda bal satmaq daha sərfəlidir.Yeddi ayda ölkəyə 78.7 ton təbii bal idxal edilibKənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2021-ci ilin yanvar-iyul aylarında ölkəyə 78.7 ton və ya 401.0 min ABŞ dollar dəyərində təbii bal idxal edilib (ötən ilin eyni dövründə 54.6 ton və ya 200.6 min ABŞ dolları). İdxal edilən balın 26.4 tonu Rusiyadan (2020-ci ilin 7 ayında 4.38 ton), 23.7 tonu İrandan (2020-ci ilin 7 ayında 28.7 ton), 21.9 tonu Türkiyədən (2020-ci ilin 7 ayında 17.6 ton) gətirilib. Ölkədən bal ixracı isə cüzi həcmdə olmaqla 2020-ci ildə 0.29 ton və ya 5.61 min ABŞ dolları, 2021-ci ilin ilk 7 ayında isə 0.10 ton və ya 2.13 min ABŞ dolları təşkil edib."2020-ci ildə ölkədə bal istehsalı 6647.2 ton olub. Bal ilə özünütəminetmə səviyyəsi isə 98.2 faiz təşkil edib", - deyə Səadət Hacıyeva əlavə edib.Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat olubDövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 32 min 340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunub. Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun - 12,7 manat, vərəmumun - 131,6 manat, güləmin - 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olub."Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib. Bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərməklə yanaşı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325,0 min, bal istehsalı isə 3604,1 ton artıb. Ümumiyyətlə, "Arıçılıq haqqında" qanunun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə, arı ailələrinin sayı 4,2 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,5-dək yüksəlib.Eləcə də oxuyun:Hər pətəkdən 50 kiloqram bal: Kəlbəcər yaylaqlarında sonuncu bal süzümünə başlanılıbAstaralı zəhmətkeşlər: Ötən il məhsul satışı çox çətin oldu, çünki paytaxta gedə bilmirdikBal tutub, barmaq yalaya bilməyənlər - "Azərbaycana məhsul satılmır" - FOTOBal tutan Bakının yollarına, paytaxt əhli saxta məhsula boylanır, nə vaxta qədər?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41224/43/412244387_0:0:1707:1280_1920x0_80_0_0_fc9066f060c643ba150cff8dd220f720.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, bal, idxal, ixrac, işğaldan azad edilmiş ərazilər, azərbaycan
xəbərlər, bal, idxal, ixrac, işğaldan azad edilmiş ərazilər, azərbaycan
Kiloqramı yüz əlli dollara bal: belə imkan varkən niyə yerli bazara çalışırıq?
09:30 20.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Azərbaycana bal idxalını, istehsaldakı vəziyyəti, perspektivləri Sputnik Azərbaycan araşdırıb. 2021-ci il yanvar ayının 1-nə ölkəmizdə arı ailələrinin sayı 596 min 700-ə çatıb. Bal idxalı artıb.
BAKI, 20 avqust — Sputnik. Azərbaycan Rusiyanın bal ixrac etdiyi ölkələrin siyahısında doqquzuncu yerdədir. Rusiyadan bal ixrac olunan ölkələrin sayı 17-dən 31-ə çatıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Rusiyadan bal idxalını 5,32 dəfə artıraraq 23 tona çatdırıb. Bu barədə RİA Novosti-yə Rusiya Kənd Təsərrüfatı Bankından ("Rosselxozbank" ) məlumat verilib.
Bəs hazırda Azərbaycanda bal istehsalında vəziyyət necədir, idxal-ixrac statistikası nə göstərir? Ölkəmizdə bu sahənin perspektivləri varmı?
İşğaldan azad edilmiş ərazilərdə gələcəkdə 300 min arı ailəsinin saxlanması mümkündür
Azərbaycan Arıçılar Assosiasiyasının sədri
Bədrəddin Həsrətov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda arı artımı sürətlə gedir. Təxminən 5 il əvvəl ölkədə 250 min arı ailəsi var idi, bu gün isə 500 mini keçib. Bizdə ölkəni balla təmin edəcək qədər məhsul istehsal olunur. Bizim təxminən 5 min ton illik bal tələbatımız var. Bu il hələ ki, bal süzümü davam edir, artıq 6 min ton bal süzmüşük. Bu il məhsuldar ildir. İşğaldan azad edilmiş ərazilərdə gələcəkdə 300 min arı ailəsinin saxlanması mümkündür. Ötən il balın orta bazar qiyməti 25 manat idi, amma bu il 20 manata enib. Bolluq olanda məhsul ucuzlaşacaq. İstehsal artdıqca qiymət də aşağı düşəcək. Bu il 1 kiloqram bal bizə 7-8 manata başa gəlir, ötən il 10 manat idi. Azərbaycanın arıçılıq sahəsinin potensialı böyükdür.
Rusiyadan gətirilən bal daha ucuz başa gəlir
Bədrəddin Həsənovun sözlərinə görə, Rusiyada böyük əkin sahələri var və o sahələrdə kütləvi bal istehsal olunur. Amma bu balın keyfiyyəti bizim təbiətdən yığılan balın keyfiyyətinə çatmır. Rusiyadan gətirilən bal daha ucuz başa gəlir. Bir çox ölkələrdə daxili bazarı qorumaq üçün idxal balın gətirilməsinə müəyyən məhdudiyyət qoyulur. Məsələn, Türkiyədə balın idxal rüsumu yüksəkdir. İsrail bal idxalını qadağan edib. Biz də bunu tətbiq etməliyik ki, daxili bazarı qoruyaq. Gələcəkdə bizim bazarı xarici ballar tutsa, onlarla rəqabət apara bilməyəcəyik. Biz yerli bazarı qorumaq üçün balın idxal rüsumunu artırmalıyıq və yaxud digər alətlərdən də istifadə edilə bilər. Aidiyyəti qurumlar isə bizə deyirlər ki, rəqabət aparmaq lazımdır.
"Azərbaycanda bal vəhşi təbiətin balıdır. Məsələn, ərəb ölkələrinin bazarında bizim bal kimi ballar 140-150 dollardan başlayır. Amma Rusiya, Ukrayna balını 20 dollara da satırlar. Biz hələ ki, məhsulumuzu xaricdə tanıda bilmirik. Az miqdarda ərəb ölkələrinə, Yaponiyaya ixrac edirik", - deyə o əlavə edib.
İlin əvvəlində ölkədə arı ailələrinin sayı yarım milyondan çox olub
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanına əsasən, hər bir arı ailəsinə görə subsidiya məbləği müəyyən edilib və bu subsidiya hər il aparılmış monitorinqlərə uyğun olaraq arıçılıqla məşğul olan fermerlərə verilir. Subsidiya mexanizmi tətbiq edildikdən sonra ölkədəki bütün arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və elektron məlumat bazasının yaradılması həyata keçirilib. Bunun təsiri nəticəsində 2021-ci il yanvar ayının 1-nə ölkəmizdə arı ailələrinin sayı 596 min 700-ə çatıb. Orta məhsuldarlıq təxminən 10-12 kiloqram təşkil edir.
Kəlbəcər və Laçın balı daha keyfiyyətlidir
E.Həsənov vurğulayıb ki, bu il pilot layihə çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4068 arı ailəsinin köçürülməsi təmin edilib. Orta məhsuldarlıq 30-40 kiloqramdır. Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Laçın rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın bu yaylaqlara köçünü təmin etməkdir.
"Əgər Rusiyadan Azərbaycana bal idxalı artıbsa, bu, müvəqqəti xarakter daşıyır. İşğaldan azad edilmiş ərazilərdə arıçılığın inkişafı üçün böyük potensial mövcuddur. Növbəti illərdə yerli bal istehsalını artıracağıq", - deyə o qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin də sözlərinə görə, istehsal olunan balın bol məhsuldarlığı və ən yaxşı keyfiyyəti azad edilmiş ərazilərdə, xüsusən də Kəlbəcər və Laçında müşahidə olunur.
“Təsəvvür edin ki, Azərbaycan üzrə orta göstərici bir arı şanından alınan bal 16 kiloqram olduğu halda, Kəlbəcərə daşınan arı pətəkləri hər biri 30-35 kiloqram bal verir. Bundan əlavə, floranın müxtəlifliyi ilə orada istehsal olunan balın keyfiyyəti daha yaxşıdır”, - deyə Fikrətzadə Sputnik Azərbaycan-a bildirib.
Azərbaycan balının xarici bazarlara daha çox çıxarılması üçün marketinq işləri artırılmalıdır
Eldar Həsənovun sözlərinə görə, Azərbaycan balının xarici bazarlara daha çox çıxarılması üçün marketinq işləri artırılmalıdır və bu istiqamətdə işlər görülür: "Bizim bal keyfiyyətli baldır. Yerli balın qorunması üçün balın idxal rüsumunun qaldırılmasına ehtiyac yoxdur, alıcı balın keyfiyyətinə baxır. Gələcəkdə Azərbaycanda istehsal olunan ekeoloji təmiz kənd təsərrüfatı məhsullarının, xüsusən də balın Avropa bazarlarına çıxarılması üçün hazırda danışıqlar aparılır. Bundan başqa, nazirlik yerli arı cinslərinin genofondunu qorumaq məqsədilə iki təsərrüfatı damazlıq dövlət reyestrinə salıb".
Firdovsi Fikrətzadənin fikrincə isə daxili bazar daha sərfəlidir: "Azərbaycan ilk növbədə daxili bazar üçün kifayət qədər bal istehsal etməlidir. Bundan əlavə, dünya bazarında balın qiyməti Azərbaycan qiymətlərindən aşağı olduğu halda, ölkədə istehsal olunan bal daxili bazarda kifayət qədər yaxşı qiymətə satılır”.
Onun sözlərinə görə, dünya bazarlarında balın ixrac qiyməti kiloqramı 3-4 dollar təşkil edir. Məsələn, Avropa ölkələrində ən bahalı bal növü kiloqramı 5-10 dollara başa gəlir. Ekspert qeyd edib ki, daxili bazarda tələbatın yüksək olması səbəbindən azərbaycanlı istehsalçılara yerli bazarda bal satmaq daha sərfəlidir.
Yeddi ayda ölkəyə 78.7 ton təbii bal idxal edilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2021-ci ilin yanvar-iyul aylarında ölkəyə 78.7 ton və ya 401.0 min ABŞ dollar dəyərində təbii bal idxal edilib (ötən ilin eyni dövründə 54.6 ton və ya 200.6 min ABŞ dolları). İdxal edilən balın 26.4 tonu Rusiyadan (2020-ci ilin 7 ayında 4.38 ton), 23.7 tonu İrandan (2020-ci ilin 7 ayında 28.7 ton), 21.9 tonu Türkiyədən (2020-ci ilin 7 ayında 17.6 ton) gətirilib. Ölkədən bal ixracı isə cüzi həcmdə olmaqla 2020-ci ildə 0.29 ton və ya 5.61 min ABŞ dolları, 2021-ci ilin ilk 7 ayında isə 0.10 ton və ya 2.13 min ABŞ dolları təşkil edib.
"2020-ci ildə ölkədə bal istehsalı 6647.2 ton olub. Bal ilə özünütəminetmə səviyyəsi isə 98.2 faiz təşkil edib", - deyə Səadət Hacıyeva əlavə edib.
Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat olub
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 32 min 340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunub. Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun - 12,7 manat, vərəmumun - 131,6 manat, güləmin - 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olub.
"Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib. Bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərməklə yanaşı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325,0 min, bal istehsalı isə 3604,1 ton artıb. Ümumiyyətlə, "Arıçılıq haqqında" qanunun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə, arı ailələrinin sayı 4,2 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,5-dək yüksəlib.
Hər pətəkdən 50 kiloqram bal:
Kəlbəcər yaylaqlarında sonuncu bal süzümünə başlanılıb
Astaralı zəhmətkeşlər: Ötən il məhsul satışı çox çətin oldu, çünki paytaxta gedə bilmirdik
Bal tutub, barmaq yalaya bilməyənlər - "
Azərbaycana məhsul satılmır" - FOTO