CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bal tutub, barmaq yalaya bilməyənlər - "Azərbaycana məhsul satılmır" - FOTO

© Sputnik / Ilham MustafayevTovuzda arıçılıq təsərrüfatı
Tovuzda arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Abunə olmaq
Azərbaycana məhsuldar arı növlərinin gətirilməsində problem var. Onların vasitəsilə məhsuldarlığı artırmaq olar, amma qanun icazə vermir

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Qarşıdan yaz mövsümü gəlir. Yazda işlər çox olduğundan təcrübəli arıçılar indidən çərçivə, mum, seleksiya işləri ilə məşğul olaraq mövsümə hazırlaşırlar. Lakin müəyyən problemlər var ki, təcrübəli arıçıların indidən narahatlığına səbəb olur. Bu, ölkəyə daha məhsuldar ana növlərinin gətirilməsi ilə bağlıdır. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Tovuz rayon arıçıları eyni zəhmətlə daha çox məhsul əldə etməyin mümkünlüyünü bildirirlər.

Tovuz rayon Arıçılar Birliyinin sədri Qabil Hacıyev kifayət qədər müasir arıçılıq texnologiyaları ilə məşğul olur. Onun sözlərinə görə, dünyada bir çox arı cinsləri var ki, bunlar yerli Boz Qafqaz arısından dəfələrlə məhsuldar, saxlanılma baxımdan rahat və xəstəliyə davamlıdırlar. Bunlardan İtaliya, Belfast, Karnika kimi növlərin adını sadalayan tovuzlu arıçı onların ölkəyə gətirilməsində maneə olduğunu söyləyir:

© Sputnik / Ilham MustafayevTovuzda arıçılıq təsərrüfatı
Bal tutub, barmaq yalaya bilməyənlər - Azərbaycana məhsul satılmır - FOTO - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Tovuzda arıçılıq təsərrüfatı
“Təmiz qanlı məhsuldar ana arıları xaricdən alırıq. Lakin onu gömrükdən keçirməkdə çətinliklər yaranır. Məsələn, internet üzərindən ana arı almaq istəsək, "Azərbaycana məhsul satılmır" cavabını alarıq. Xaicdən gətirilən ana növləri bir ayda bütün ailəni dəyişir və artıq həmin ailə Boz Qafqaz yox, misal üçün, Karnika olur. Azı iki il o ana bir çox istiqamətdə öz fərqini göstərir. Lakin yenə almaq lazım olanda çətinliklə üzləşirik”.

Q.Hacıyevin sözlərinə əsasən, buna səbəb yerli arı növünü qoruyub saxlamaq məqsədilə Azərbaycan Respublikasının "Arıçılıq haqqında" qanununda bu haqda maddənin olmasıdır. Bu maddəyə görə, ölkəyə digər arı növlərinin gətirilməyi məhdudlaşdırılır. Lakin arıçı gəlirliliyinə görə ölkəyə gətirilən tərəvəz, heyvan və bitki növləri kimi arının da gətirilməsinə qoyulan qadağanın götürülməsini istəyir. Yerli arı növünün yox olmaması üçünsə müəyyən bölgə ayrılmasının mümkünlüyünü deyir.

© Sputnik / Ilham Mustafayev
Tovuzda arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
1/6
© Sputnik / Ilham Mustafayev
Tovuzda arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
2/6
© Sputnik / Ilham Mustafayev
Tovuzda arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
3/6
© Sputnik / Ilham MustafayevQabil Hacıyev
Qabil Hacıyev - Sputnik Azərbaycan
4/6
Qabil Hacıyev
© Sputnik / Ilham MustafayevXəyal Qarayev
Xəyal Qarayev - Sputnik Azərbaycan
5/6
Xəyal Qarayev
© Sputnik / Ilham Mustafayev
Tovuzda arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
6/6
1/6
2/6
3/6
4/6
Qabil Hacıyev
5/6
Xəyal Qarayev
6/6

Təsərrüfatında yüzdən çox arı ailəsi saxlayan Xəyal Qarayev də bu gün yerli arıçıların ana arı probleminin olduğunu bildirir.

“Azərbaycanda tam tələbatı ödəyən ana arı yetişdirmə mərkəzi yoxdur. Düzdür, kimlərsə bu sistemi hazırlayıb yetişdirə bilirlər. Amma bu, arıçıların tələbatını tam yerinə yetirə bilmir. Ona görə ana yetişdirmə mərkəzləri açılsa, arıçılar lazımi vaxtda o arılardan alıb anaları yeniləsələr, xaricdən gələn ana arı asılılığından qurtarmaq olar”, - o deyir.
© Sputnik / Ilham MustafayevTovuzda arıçılıq təsərrüfatı
Bal tutub, barmaq yalaya bilməyənlər - Azərbaycana məhsul satılmır - FOTO - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Tovuzda arıçılıq təsərrüfatı

Təcrübəli arıçıların bir istəyi də yerli televiziya kanallarının hər hansı birində arıçılıq verilişinin olmasıdır. Bu halda yerli arıçılar dilini tam anlaya bilmədiyi Rusiya və Türkiyə TV kanallarından deyil, yerli televiziyalardan arıçılığın sirlərini öyrənə bilərlər.

Xəbər lenti
0