https://sputnik.az/20210814/Her-petekden-50-kiloqram-bal-Kelbecer-yaylaqlarnda-sonuncu-bal-suzumune-baslanib-427690845.html
Hər pətəkdən 50 kiloqram bal: Kəlbəcər yaylaqlarında sonuncu bal süzümünə başlanılıb
Hər pətəkdən 50 kiloqram bal: Kəlbəcər yaylaqlarında sonuncu bal süzümünə başlanılıb
Sputnik Azərbaycan
Kəlbəcər yaylaqlarında sonuncu bal süzümü mövsümü başlayıb. Yaylaqlarda bal süzümü yekunlaşmaq üzrədir. Ətraflı videomuzda. 14.08.2021, Sputnik Azərbaycan
2021-08-14T18:00+0400
2021-08-14T18:00+0400
2021-11-17T00:01+0400
multimedia
video
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427690764_0:-1:1911:1080_1920x0_80_0_0_787fcdd50ac52d196f5d313ab09eaf97.jpg
Kəlbəcər yaylaqlarına ilk dəfə köçürülmüş arıçılıq təsərrüfatlarında sonuncu bal süzümünə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına iyunun 7-də köçürülmüş arıçılıq təsərrüfatları artıq ikinci bal süzümünü həyata keçirirlər. Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər yaylaqları ilə yanaşı Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb. Laçının Qorçu, Oğuldərə və digər kəndlərinə ümumilikdə 531 arı ailəsinin köçürülməsi təmin edilib.Laçın yaylaqlarında bal süzümünə avqust ayının ikinci yarısında başlanması nəzərdə tutulur. KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ŞÖBƏ MÜDİRİ VÜQAR HÜSEYNOV müsahibəsində bildirib ki, “Kəlbəcər yaylaqlarında sonuncu bal süzümü mövsümü başlayıb. Yaylaqlarda bal süzümü yekunlaşmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyi pilot layihəni həyata keçirən zaman, arıçılıq təsərrüfatlarının yaylaqlara köçürülməsindən bal süzümünə qədər bütün mərhələlərdə monitorinq keçirib. Nazirliyin heyvandarlığın təşkili və monitorinqi şöbəsi və digər şöbələr moniutorinq prosesinə cəlb olunublar. Monitorinqin nəticələri bizi sevindirir. Pilot layihə həyata keçirilən zaman qarşımızda nəzəri hədəflər vardı. Bu gün bal süzümü həyata keçirilən təsərrüfatlarda aparılan monitorinqlər göstərir ki, məhsuldarlıq gözləntilərin çox üzərindədir. Bu həm çəki, həm keyfiyyət baxımından belədir. Bal süzümü prosesinin tam başa çatması ilə yaylaqlarda arıçılığın ən əsas dövrünün başa çatdığını elan etmək olar. Çünki artıq çəmənlərdə nektar kütləsi azalıb, artıq arıların işləməsi üçün kifayət qədər nektar kütləsi yoxdur”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427690764_83:-1:1801:1080_1920x0_80_0_0_65ea04e02fafae42b7f064d49421e24f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, azərbaycan
multimedia, xəbərlər, azərbaycan
Hər pətəkdən 50 kiloqram bal: Kəlbəcər yaylaqlarında sonuncu bal süzümünə başlanılıb
18:00 14.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Kəlbəcər yaylaqlarında sonuncu bal süzümü mövsümü başlayıb. Yaylaqlarda bal süzümü yekunlaşmaq üzrədir. Ətraflı videomuzda.
Kəlbəcər yaylaqlarına ilk dəfə köçürülmüş arıçılıq təsərrüfatlarında sonuncu bal süzümünə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına iyunun 7-də köçürülmüş arıçılıq təsərrüfatları artıq ikinci bal süzümünü həyata keçirirlər. Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər yaylaqları ilə yanaşı Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb. Laçının Qorçu, Oğuldərə və digər kəndlərinə ümumilikdə 531 arı ailəsinin köçürülməsi təmin edilib.
Laçın yaylaqlarında bal süzümünə avqust ayının ikinci yarısında başlanması nəzərdə tutulur. KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ŞÖBƏ MÜDİRİ VÜQAR HÜSEYNOV müsahibəsində bildirib ki, “Kəlbəcər yaylaqlarında sonuncu bal süzümü mövsümü başlayıb. Yaylaqlarda bal süzümü yekunlaşmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyi pilot layihəni həyata keçirən zaman, arıçılıq təsərrüfatlarının yaylaqlara köçürülməsindən bal süzümünə qədər bütün mərhələlərdə monitorinq keçirib. Nazirliyin heyvandarlığın təşkili və monitorinqi şöbəsi və digər şöbələr moniutorinq prosesinə cəlb olunublar. Monitorinqin nəticələri bizi sevindirir. Pilot layihə həyata keçirilən zaman qarşımızda nəzəri hədəflər vardı. Bu gün bal süzümü həyata keçirilən təsərrüfatlarda aparılan monitorinqlər göstərir ki, məhsuldarlıq gözləntilərin çox üzərindədir. Bu həm çəki, həm keyfiyyət baxımından belədir. Bal süzümü prosesinin tam başa çatması ilə yaylaqlarda arıçılığın ən əsas dövrünün başa çatdığını elan etmək olar. Çünki artıq çəmənlərdə nektar kütləsi azalıb, artıq arıların işləməsi üçün kifayət qədər nektar kütləsi yoxdur”.