https://sputnik.az/20210812/subsidiya-almaq-isteyen-fermerlerin-nezerine-427682389.html
Subsidiya almaq istəyən fermerlərin nəzərinə
Subsidiya almaq istəyən fermerlərin nəzərinə
Sputnik Azərbaycan
Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün... 12.08.2021, Sputnik Azərbaycan
2021-08-12T21:30+0400
2021-08-12T21:30+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
fermer
subsidiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238859_0:0:3072:1728_1920x0_80_0_0_bab4eb36fafb7d2f8925428d02d6531f.jpg
BAKI, 12 avqust — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə müracət edib. Sputnik Azərbaycan xəbər verir ki, subsidiya almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanını avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Fermerlər qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərinindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər.Qeyd edək ki, pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.EKTİS - Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini) özündə ehtiva edən, daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir.EKTİS-də şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir.Eləcə də oxuyun:Ermənistanın təcavüzündən aqrar sektora dəymiş ziyanın kompensasiya edilməsinə başlanılıbRusiya ilə ticarətimiz arta bilər: Putin xüsusi göstəriş veribFermerlərin evi yıxıldı: Kartofa düşən nadir xəstəlik məhsulun yarısını məhv edibŞəkidə əlacsız kəndlilər heyvanları "həbs etdilər""Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238859_252:0:2983:2048_1920x0_80_0_0_a25159a48506532e9f712326ecb4fea0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, fermer, subsidiya, azərbaycan
xəbərlər, fermer, subsidiya, azərbaycan
Subsidiya almaq istəyən fermerlərin nəzərinə
21:30 12.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər.
BAKI, 12 avqust — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə müracət edib.
Sputnik Azərbaycan xəbər verir ki, subsidiya almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanını avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Fermerlər qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərinindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər.
Qeyd edək ki, pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.
EKTİS - Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini) özündə ehtiva edən, daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir.
EKTİS-də şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir.
Ermənistanın təcavüzündən
aqrar sektora dəymiş ziyanın kompensasiya edilməsinə başlanılıb
Fermerlərin evi yıxıldı:
Kartofa düşən nadir xəstəlik məhsulun yarısını məhv edib
Şəkidə əlacsız kəndlilər heyvanları "həbs etdilər"