https://sputnik.az/20210809/Vladimir-Putin-MDB-olkelerinden-kend-teserrufati-mehsullarinin-idxalini-artirmaghi-tapshirib-427662813.html
Rusiya ilə ticarətimiz arta bilər: Putin xüsusi göstəriş verib
Rusiya ilə ticarətimiz arta bilər: Putin xüsusi göstəriş verib
Sputnik Azərbaycan
Rusiya Federal Antiinhisar Xidmətinə isə ticarət şəbəkələrinin satdığı ərzaq məhsullarının qiymətinin formalaşdırılmasının monitorinqini aparmaq həvalə olunub. 09.08.2021, Sputnik Azərbaycan
2021-08-09T19:23+0400
2021-08-09T19:23+0400
2021-11-17T00:00+0400
cəmiyyət
xəbərlər
rusiya
iqtisadiyyat
mdb
kənd təsərrüfatı məhsulları
idxal
ixrac
artım
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40838/42/408384212_0:74:2000:1205_1920x0_80_0_0_6250f65405610f1ae22afa28a5d25266.jpg
BAKI, 9 avqust – Sputnik. Rusiya Prezidenti Vladimir Putin ərzaq məhsullarının qiymətlərinin stabilləşdirilməsi üçün hökumətə MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalını artırmaq üçün tapşırıq verib.Sputnik Azərbaycan bildirir ki, tapşırıqların müvafiq siyahısı Kremlin saytında dərc olunub.Rusiya Federal Antiinhisar Xidmətinə ticarət şəbəkələrinin satdığı ərzaq məhsullarının qiymətinin formalaşdırılmasının monitorinqini aparmaq həvalə olunub.Rusiya Federasiyası subyektlərinin vəzifəli şəxslərinə (dövlət idarəçiliyinin ali icra orqanlarının rəhbərlərinə) RF hökuməti ilə birlikdə yerli kənd təsərrüfatı malları istehsalçılarının pərakəndə satış bazarlarına, yarmarkalara, qeyri-stasionar və səyyar ticarət obyektlərinə maneəsiz çıxışını, eləcə də əhali üçün əlçatanlığı yüksəltmək və yerli kənd təsərrüfatı istehsalçılarının məhsullarını satma imkanlarını genişləndirmək üçün müvafiq pərakəndə satış obyektlərinin sayının artırılmasını təmin etmək tapşırılıb.Qeyd olunur ki, bu məsələyə dair məruzə avqustun 15-dək, sonra isə hər yarımildə bir dəfə olmaqla təqdim olunmalıdır.Xatırladaq ki, yay mövsümü başlayar-başlamaz Azərbaycanda əkinçilik, xüsusən tərəvəzçiliklə məşğul olan fermerlərin problemləri də baş qaldırıb.Öncə Göyçay fermerləri istixanalardan toplanan məhsulun bol olması səbəbindən onu yerli bazarda satıb qurtara bilmədiklərindən şikayətləndilər. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi də daxili alıcıları yox səviyyəsinə endirmişdi.Sonra gömrük problemləri səbəbindən Rusiya sərhədində yük maşınlarının yığılması məsələni bir qədər də qəlizləşdirdi. Həftələrlə davam edən tıxac iyunun 14-də aradan qaldırıldı.İyunun sonlarında Şəmkirdə fermerlər, demək olar ki, hər gün 1-2 ton tomatı zibilliyə tullamağa başladılar. Yerli bazarda mallarını sata bilməyən təsərrüfat sahibləri məhsulu ölkə xaricinə çıxarmağın da mənasız olduğunu bildirdilər. Ən yaxşı malı 10 qəpiyə zorla satdıqlarını deyən təsərrüfat sahibləri Rusiyadakı qiymətlərin də həddən artıq ucuz olduğunu bildirdilər.Kartof əkənlərin də bu il bəxti gətirmir. Tovuzlu fermerlər məhsulun bol olmasına rəğmən, hələ ki üfüqdə alıcıların görünməməsindən şikayətçidirlər.Müntəzəm olaraq “Rosselxoznadzor” Azərbaycandan meyvə və tərəvəz ixrac edən müəssisələrin üzərindən xəstəliklər səbəbindən qoyulan qadağaların götürüldüyünü elan edir.Sonuncu dəfə bu qurum avqustun 3-də Azərbaycandan olan daha 34 müəssisəyə yetişdirdikləri pomidoru Rusiyaya göndərməyə icazə vermiş və beləliklə, şimal qonşumuza tomat göndərmək icazəsi olan Azərbaycan müəssisələrinin sayı 187-yə yüksəlmişdi.Eləcə də oxuyun:"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədəQeyri-neft sektorunda ixracı iki dəfə artımaq nə qədər realdır? – ekspert şərhiRusiyanın işgüzar missiyası: ixracatçılar Azərbaycana nə təklif edəcəklər?İxracımızda pambıq mahlıcı birinci, qızıl ikinci, pomidor üçüncü olubHəftələrlə davam edən problem bu gündən həllini tapdı: Rusiyaya ixrac başlanır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40838/42/408384212_0:11:2000:1268_1920x0_80_0_0_7e802233e05783ab6e9d48fb3e096ceb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, mdb, kənd təsərrüfatı məhsulları, idxal, ixrac, artım, azərbaycan
xəbərlər, mdb, kənd təsərrüfatı məhsulları, idxal, ixrac, artım, azərbaycan
Rusiya ilə ticarətimiz arta bilər: Putin xüsusi göstəriş verib
19:23 09.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Rusiya Federal Antiinhisar Xidmətinə isə ticarət şəbəkələrinin satdığı ərzaq məhsullarının qiymətinin formalaşdırılmasının monitorinqini aparmaq həvalə olunub.
BAKI, 9 avqust – Sputnik. Rusiya Prezidenti Vladimir Putin ərzaq məhsullarının qiymətlərinin stabilləşdirilməsi üçün hökumətə MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalını artırmaq üçün tapşırıq verib.
Sputnik Azərbaycan bildirir ki, tapşırıqların müvafiq siyahısı Kremlin saytında dərc olunub.
Rusiya Federal Antiinhisar Xidmətinə ticarət şəbəkələrinin satdığı ərzaq məhsullarının qiymətinin formalaşdırılmasının monitorinqini aparmaq həvalə olunub.
Rusiya Federasiyası subyektlərinin vəzifəli şəxslərinə (dövlət idarəçiliyinin ali icra orqanlarının rəhbərlərinə) RF hökuməti ilə birlikdə yerli kənd təsərrüfatı malları istehsalçılarının pərakəndə satış bazarlarına, yarmarkalara, qeyri-stasionar və səyyar ticarət obyektlərinə maneəsiz çıxışını, eləcə də əhali üçün əlçatanlığı yüksəltmək və yerli kənd təsərrüfatı istehsalçılarının məhsullarını satma imkanlarını genişləndirmək üçün müvafiq pərakəndə satış obyektlərinin sayının artırılmasını təmin etmək tapşırılıb.
Qeyd olunur ki, bu məsələyə dair məruzə avqustun 15-dək, sonra isə hər yarımildə bir dəfə olmaqla təqdim olunmalıdır.
Xatırladaq ki, yay mövsümü başlayar-başlamaz Azərbaycanda əkinçilik, xüsusən tərəvəzçiliklə məşğul olan fermerlərin problemləri də baş qaldırıb.
Öncə Göyçay fermerləri istixanalardan toplanan məhsulun bol olması səbəbindən onu yerli bazarda satıb qurtara bilmədiklərindən şikayətləndilər. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi də daxili alıcıları yox səviyyəsinə endirmişdi.
Sonra gömrük problemləri səbəbindən Rusiya sərhədində yük maşınlarının yığılması məsələni bir qədər də qəlizləşdirdi. Həftələrlə davam edən tıxac iyunun 14-də aradan qaldırıldı.
İyunun sonlarında Şəmkirdə fermerlər, demək olar ki, hər gün 1-2 ton tomatı zibilliyə tullamağa başladılar. Yerli bazarda mallarını sata bilməyən təsərrüfat sahibləri məhsulu ölkə xaricinə çıxarmağın da mənasız olduğunu bildirdilər. Ən yaxşı malı 10 qəpiyə zorla satdıqlarını deyən təsərrüfat sahibləri Rusiyadakı qiymətlərin də həddən artıq ucuz olduğunu bildirdilər.
Kartof əkənlərin də bu il bəxti gətirmir. Tovuzlu fermerlər məhsulun bol olmasına rəğmən, hələ ki üfüqdə alıcıların görünməməsindən şikayətçidirlər.
Müntəzəm olaraq “Rosselxoznadzor” Azərbaycandan meyvə və tərəvəz ixrac edən müəssisələrin üzərindən xəstəliklər səbəbindən qoyulan qadağaların götürüldüyünü elan edir.
Sonuncu dəfə bu qurum avqustun 3-də Azərbaycandan olan daha 34 müəssisəyə yetişdirdikləri pomidoru Rusiyaya göndərməyə icazə vermiş və beləliklə, şimal qonşumuza tomat göndərmək icazəsi olan Azərbaycan müəssisələrinin sayı 187-yə yüksəlmişdi.
Qeyri-neft sektorunda ixracı iki dəfə artımaq nə qədər realdır? – ekspert şərhi
Rusiyanın işgüzar missiyası: ixracatçılar Azərbaycana nə təklif edəcəklər?
İxracımızda pambıq mahlıcı birinci, qızıl ikinci, pomidor üçüncü olub
Həftələrlə davam edən problem bu gündən həllini tapdı: Rusiyaya ixrac başlanır