Mal-qara Şorsu kəndinin tütün, bostan və tərəvəz sahələrini məhv edib, tarlalarını borcla əkib-becərən kəndlilər isə aciz duruma düşüblər. 01.08.2021, Sputnik Azərbaycan
BAKI, 1 avqust – Sputnik. Deyirlər ki, dar gündə insanın köməyinə ilk çatan qonşusu olur. Lakin Şəkinin Şorsu kənd sakinləri bunun əksini görürlər. Onlar qonşu Cumakənd sakinlərinin və onların mal-qarasının əlindən zara gəliblər. Şorsu kənd sakinlərinin sözlərinə görə, min bir əziyyətlə əkib-becərdikləri tarlaları məhsul dövründə Cumakənd sakinlərinin iribuynuzlu heyvanlarının tapdağında qalır.Kənd sakini Pənah Şirinov Sputnik Azərbaycan-ın bölgə müxbiri İbrahim Həşimova bildirib ki, qonşu kəndin heyvanları dəfələrlə ona məxsus tütün sahəsinə ziyan vurub.“Heyvanların bir hissəsi burada, sahədədir. Burada 30-a yaxın heyvan var indi, bir hissəsini də aparıb kameraya salmışıq. Əvvəllər bir neçə dəfə bu cür hal baş verib. İcra nümayəndəliyinə, polisə məlumat vermişik. Amma nəticəsi yoxdur. Yenə heyvanları buraxırlar”, - Pənah Şirinov əlavə edib.“400 manata yeri icarəyə götürmüşəm. 3000 manat da kredit almışam. Tütünün ikinci qırımıdır. 8-10 kilometr aralıda yerləşən Cumakəndin malları tütünü qıraraq yararsız hala salıb. Kənd sakinləri tədbir görmək əvəzinə deyirlər ki, gedin kimə istəsəniz şikayət edin”, - Şorsu sakini Elburus İsmayılov deyib.Fermer Tərlan Davudov da bildirir ki, aylarla əziyyət çəkib yetişdirdiyi məhsulu heyvanlar bir neçə günün içərisində məhv edir.“Bu tütün sahəsinə 3000 manat pul xərcləmişəm. Üstəlik də 6 aydır qan-tər tökürəm. Lakin 3 günün içərisində mal-qara məhv elədi. Bu heyvanlar mənə 4000 manatdan artıq ziyan vurub”, - Tərlan Davudov əlavə edib.Əlacsız qalan Şorsu kənd sakinləri səhələrə girən iribuynuzlu heyvanları toplayaraq xüsusi kameralara salıblar. Kənd sakini Seymur İsayevin sözlərinə görə, əvvəllər bir neçə dəfə heyvanları bu cür saxlasalar da, sonradan buraxmalı olublar. Bu dəfə isə sahibləri tapılana qədər saxlayacaqlar.“Özbaşına buraxılan mallardır. Naxırçıları yoxdur. Əvvəllər heyvanları gətirib bu kameraya salırdıq. Amma sonradan yazığımız gəlib buraxırdıq. Lakin heyvanları kəndə qədər izləyirdik. Heç kəs də malın ona məxsus olduğunu qəbul etmirdi. Aidiyyəti qurumlara şikayət edəndə də deyirlər ki, heyvanların sahibini tapıb göstərin, cəzalandıraq. Ona görə də bu dəfə sahibləri tapılana qədər heyvanları buraxmayacağıq”.“Keçmişdə cərimə meydançası var idi. Belə heyvanlar saxlananda iki dəfə xəbərdarlıq edilirdi. Üçüncü dəfə isə ət kombinatına göndərirdilər. Bu qaydanı yenidən qaytarsınlar. Şəxsən mənim heyvanım kiməsə ziyan vursa, cəzasını çəkməyə hazıram”, - kənd sakini Saleh İsgəndərov vurğulayıb.Faktla bağlı Şorsu kənd icra nümayəndəsi Oruc Mahmudov Sputnik Azərbaycan-a bildirib ki, Cumakənddə naxır olmadığı üçün bu cür hal dəfələrlə baş verib. Çünki, heyvanlar özbaşına buraxılır və Şorsu kəndinə qədər gəlib çıxır.“Cumakənd də bizim inzibati əraziyə daxildir. Sakinlərə heyvanların ziyan vurması ilə bağlı dəfələrlə xəbərdarlıq etmişik. Bu dəfə isə son xəbərdarlığı etdik. Əgər, bir də bu cür vəziyyət ortaya çıxsa, ciddi tədbirlərin görülməsi üçün polisə müraciət edəcəyik”, - Oruc Mahmudov deyib.Həmçinin oxuyun: * Ayıların basqınına məruz qalan kənddə fövqəladə vəziyyət hökm sürür* Keyfiyyət istəyən pul ödəsin: növbə mal-qaraya çatdı* Aqrar sığorta barədə bilməli olduğumuz hər şey
Mal-qara Şorsu kəndinin tütün, bostan və tərəvəz sahələrini məhv edib, tarlalarını borcla əkib-becərən kəndlilər isə aciz duruma düşüblər.
BAKI, 1 avqust – Sputnik. Deyirlər ki, dar gündə insanın köməyinə ilk çatan qonşusu olur. Lakin Şəkinin Şorsu kənd sakinləri bunun əksini görürlər. Onlar qonşu Cumakənd sakinlərinin və onların mal-qarasının əlindən zara gəliblər. Şorsu kənd sakinlərinin sözlərinə görə, min bir əziyyətlə əkib-becərdikləri tarlaları məhsul dövründə Cumakənd sakinlərinin iribuynuzlu heyvanlarının tapdağında qalır.
Kənd sakini Pənah Şirinov Sputnik Azərbaycan-ın bölgə müxbiri İbrahim Həşimova bildirib ki, qonşu kəndin heyvanları dəfələrlə ona məxsus tütün sahəsinə ziyan vurub.
“Heyvanların bir hissəsi burada, sahədədir. Burada 30-a yaxın heyvan var indi, bir hissəsini də aparıb kameraya salmışıq. Əvvəllər bir neçə dəfə bu cür hal baş verib. İcra nümayəndəliyinə, polisə məlumat vermişik. Amma nəticəsi yoxdur. Yenə heyvanları buraxırlar”, - Pənah Şirinov əlavə edib.
“400 manata yeri icarəyə götürmüşəm. 3000 manat da kredit almışam. Tütünün ikinci qırımıdır. 8-10 kilometr aralıda yerləşən Cumakəndin malları tütünü qıraraq yararsız hala salıb. Kənd sakinləri tədbir görmək əvəzinə deyirlər ki, gedin kimə istəsəniz şikayət edin”, - Şorsu sakini Elburus İsmayılov deyib.
Fermer Tərlan Davudov da bildirir ki, aylarla əziyyət çəkib yetişdirdiyi məhsulu heyvanlar bir neçə günün içərisində məhv edir.
“Bu tütün sahəsinə 3000 manat pul xərcləmişəm. Üstəlik də 6 aydır qan-tər tökürəm. Lakin 3 günün içərisində mal-qara məhv elədi. Bu heyvanlar mənə 4000 manatdan artıq ziyan vurub”, - Tərlan Davudov əlavə edib.
Əlacsız qalan Şorsu kənd sakinləri səhələrə girən iribuynuzlu heyvanları toplayaraq xüsusi kameralara salıblar. Kənd sakini Seymur İsayevin sözlərinə görə, əvvəllər bir neçə dəfə heyvanları bu cür saxlasalar da, sonradan buraxmalı olublar. Bu dəfə isə sahibləri tapılana qədər saxlayacaqlar.
“Özbaşına buraxılan mallardır. Naxırçıları yoxdur. Əvvəllər heyvanları gətirib bu kameraya salırdıq. Amma sonradan yazığımız gəlib buraxırdıq. Lakin heyvanları kəndə qədər izləyirdik. Heç kəs də malın ona məxsus olduğunu qəbul etmirdi. Aidiyyəti qurumlara şikayət edəndə də deyirlər ki, heyvanların sahibini tapıb göstərin, cəzalandıraq. Ona görə də bu dəfə sahibləri tapılana qədər heyvanları buraxmayacağıq”.
“Keçmişdə cərimə meydançası var idi. Belə heyvanlar saxlananda iki dəfə xəbərdarlıq edilirdi. Üçüncü dəfə isə ət kombinatına göndərirdilər. Bu qaydanı yenidən qaytarsınlar. Şəxsən mənim heyvanım kiməsə ziyan vursa, cəzasını çəkməyə hazıram”, - kənd sakini Saleh İsgəndərov vurğulayıb.
Faktla bağlı Şorsu kənd icra nümayəndəsi Oruc Mahmudov Sputnik Azərbaycan-a bildirib ki, Cumakənddə naxır olmadığı üçün bu cür hal dəfələrlə baş verib. Çünki, heyvanlar özbaşına buraxılır və Şorsu kəndinə qədər gəlib çıxır.
“Cumakənd də bizim inzibati əraziyə daxildir. Sakinlərə heyvanların ziyan vurması ilə bağlı dəfələrlə xəbərdarlıq etmişik. Bu dəfə isə son xəbərdarlığı etdik. Əgər, bir də bu cür vəziyyət ortaya çıxsa, ciddi tədbirlərin görülməsi üçün polisə müraciət edəcəyik”, - Oruc Mahmudov deyib.