CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əliyev Ermənistanın vurduğu zərərlərə görə dövlət qurumlarına 42 milyon manat ayırdı

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев, фото из архива
Президент Азербайджана Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamların 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həmin sərəncamlardan irəli gələn məsələləri həll etmək həvalə olunub.

BAKI, 6 iyul — Sputnik. Prezident İlham Əliyev Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına, mülki əhalinin əmlakına, sahibkarlıq subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı dörd quruma maliyyə vəsaiti ayrılması ilə bağlı sərəncamlar imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına (kənd təsərrüfatı məhsulları, texnika, əkin sahələri, mal-qara və s.) dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 1 400 000 (bir milyon dörd yüz min) manat vəsait ayrılır. 

Həmçinin dövlət başçısının imzaladığı digər sərəncamla 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 5 400 000 (beş milyon dörd yüz min) manat vəsait ayrılır.

İlham Əliyevin imzaladığı digər sərəncamla 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə Prezidentin müvafiq sərəncamına görə, 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 5 200 000 (beş milyon iki yüz min) manat vəsait ayrılır.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 (otuz) milyon manat vəsait ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamların 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həmin sərəncamlardan irəli gələn məsələləri həll etmək həvalə olunub.

Qeyd edək ki, ümumilikdə dörd quruma 42 milyon manat vəsait ayrılıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0