Qarabağın "döyünən ürəyi", "Qafqazın konservatoriyası", "Cənubi Qafqaz"-ın mədəniyyət məbədi" də adlandırılan Şuşa şəhəri Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur.
Bir vaxtlar çiçəklənən şəhər 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunandan sonra tamamilə dağıdılıb. İndi şəhərdəki tarixi binalardan, saraylardan və məscidlərdən yalnız yarı xaraba vəziyyətdə olan divarlar qalıb.
Ancaq 2020-ci ilin noyabrında Azərbaycan hərbçiləri Şuşanı erməni işğalından azad edəndən sonra şəhər yenidən canlanmağa başlayıb. İndi Şuşada bərpa-rekonstruksiya işləri gedir, artıq çörək sexləri və mağazalar fəaliyyət göstərir.
Bu ilin may ayında şəhərdə "Xarı-bülbül" musiqi festivalı keçirilib. Festivala Azərbaycanın və müxtəlif xalqların məşhur musiqi kollektivləri qatılıb. Eləcə də Azərbaycan Prezidentinin başçılığı altında bir sıra rəsmi şəxslər də bu musiqi bayramında iştirak ediblər.