06:48 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
İQTİSADİYYAT
Qısa URL
31 0 0

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Suqovuşan və Ağdama səfəri başlayıb.

BAKI, 6 iyul — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Suqovuşanda səfərdə olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, səfər iştirakçılarını Prezident Administrasiyasının şöbə müdirinin müavini Nüsrət Süleymanov müşayiət edib. Səfər çərçivəsində Suqovuşandakı su anbarı və elektrik stansiyaları ilə tanışlıq olub.

"24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad olunmuş ərazilərin bərpasının sistemli, mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə əlaqələndirmə qərargahı yaradılıb. Əlaqələndirmə qərargahına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir. Əlaqələndirmə qərargahı gündəlik əsasla öz fəaliyyətini davam etdirməkdədir", - deyə Əlaqələndirmə qərargahının katibliyinin rəhbəri Nüsrət Süleymanov səfərin mahiyyətindən danışıb.

© Sputnik / Emin Alisahib
Dövlət nümayəndələri Suqovuşanda görülən işlərlə tanış olublar

O qeyd edib ki, əlaqələndirmə qərargahının nəzdində idarələrarası mərkəz mövcuddur və bu idarələrarası mərkəzdə müxtəlif fəaliyyət istiqamətlərini əhatə etməklə ondan artıq işçi qrup fəaliyyət göstərir:

"Bu işçi qruplar da mütəmadi əsaslarla öz işlərini həm digər işçi qruplar arasında, eyni zamanda aidiyyəti dövlət qurumlarının həmin işçi qruplarda təmsil olunan nümayəndələri arasında sıx şəkildə əlaqələndirməklə işlərin sistemli şəkildə ərazidə həyata keçirilməsini təmin edirlər. Bildirmək istərdim ki, əlaqələndirmə qərargahı yarandığı gündən etibarən çoxsaylı layihələr həyata keçirir. Məqsəd qərargahın rəhbərliyinin tapşırığına uyğun olaraq işlərin praktiki gedişi ilə tanış olmaq üçün işğaldan azad olunmuş ərazilərə səfər etmək və görülən işlərlə yerində tanış olmaqdır".
  • Dövlət nümayəndələri Suqovuşanda görülən işlərlə tanış olublar
    © Sputnik / Emin Alisahib
  • Dövlət nümayəndələri Suqovuşanda görülən işlərlə tanış olublar
    © Sputnik / Emin Alisahib
  • Dövlət nümayəndələri Suqovuşanda görülən işlərlə tanış olublar
    © Sputnik / Emin Alisahib
1 / 3
© Sputnik / Emin Alisahib
Dövlət nümayəndələri Suqovuşanda görülən işlərlə tanış olublar

Nümayəndələr Suqovuşan su anbarında hazırkı vəziyyətlə tanış olublar. Onlara buradakı yarımstansiya və su elektrik stansiyaları barədə də məlumat verilib.

Qeyd edək ki, nümayəndə heyəti Ağdama yola düşüb. Bundan sonra isə “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları ilə tanışlıq həyata keçiriləcək.  Daha sonra Ağdamda İdarələrarası Mərkəzin ekoloji məsələlər və enerji təminatı ilə əlaqədar işçi qrupların birgə iclası nəzərdə tutulub.

Eləcə də oxuyun:

Teqlər:
Qarabağ, səfər, işçi qrupu, Suqovuşan

Əsas mövzular