Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan şirkətlərinə Rusiyaya alma və pomidor tədarükünə icazə verildi

© AFP 2024 / RONALDO SCHEMIDTУрожай томатов, фото из архива
Урожай томатов, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
10-11 iyun tarixlərində aparılan danışıqların nəticələrinə əsasən, iyunun 15-dən etibarən 31 pomidor və 24 alma istehsal edən şirkətlərə məhsul tədarükünə icazə verilib.

BAKI, 11 iyun — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") 15 iyun tarixindən etibarən Azərbaycan müəssisələrindən dəmiryol vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verib. Sputnik Azərbaycan "APA-Economics"a istinadən xəbər verir ki, "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli arasında 10-11 iyun tarixlərində aparılan danışıqların nəticələrinə əsasən, iyunun 15-dən etibarən 31 pomidor və 24 alma istehsal edən şirkətlərə məhsul tədarükünə icazə verilib.

Problem necə yarandı

Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər onun satışında problem yaşayırlar. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib.

Mayın 25-də Göyçay fermerləri Ləkçılpaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə eniblər.

Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhədində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.

"Rosselxoznadzor"un qadağaları

Qeyd edək ki, 2020-ci il dekabr ayının 10-dan etibarən "Rosselxoznadzor" Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyub. Buna səbəb idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlərin aşkar edilməsi olub.

Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və iş adamlarının "Rosselxoznadzor"la çoxsaylı təmasları sayəsində bir sıra müəssisələrdən Rusiyaya pomidor ixracını bərpa edə biliblər. Lakin bu icazə ölkədə istehsal olunan və Rusiya bazarlarını hədəfə alan pomidorla bağlı problemləri kökündən həll etmək üçün yetərli olmayıb.

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Həmçinin oxuyun: 

* Artıq 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

* Azərbaycanlı fermerlərə yol göründü: Rusiya ticarətə icazə verdi

* Azərbaycanın daha 7 sahibkarına Rusiyaya pomidor ixracına icazə verildi

* Azərbaycanlı fermerlərə yaşıl işıq: Rusiya pomidorlara qoyduğu qadağanı qismən götürdü

* Rusiya Azərbaycan alma və pomidorunun idxalına icazə verdi

* “Rosselxoznadzor” Azərbaycandan pomidor idxalına icazə verib

* Azərbaycandan Rusiyaya göndərilmiş 120 ton məhsul geri qaytarılıb

* Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

Xəbər lenti
0