Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycandan Rusiyaya göndərilmiş 120 ton məhsul geri qaytarılıb

© Depositphotos.com / MonticelloГрузовики на трассе
Грузовики на трассе - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Azərbaycandan göndərilən məhsul partiyasında Cənubi Amerika güvəsi aşkarlanıb. Yüklərə cavabdeh olan insanlar məsuliyyətə cəlb olunublar

BAKI, 3 fevral — Sputnik. Yanvar ayı ərzində Azərbaycan istehsalı olan 120 ton təzə pomidor Rusiya bazarına buraxılmayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Rosselxoznadzor"un Dağıstan Respublikası üzrə İdarəsinin məlumatında deyilir.

İdarənin müfəttişləri bir ay ərzində 49 min ton bitkiçilik məhsulu yoxlanılıb. Azərbaycandan 7, İrandan isə 1 məhsul partiyasının yoxlanılması zamanı onların karantin zərərli obyektlərlə yoluxduğu müəyyən edilib. Bu məhsulun Rusiyaya idxalının qarşısı alınıb.

Ümumiyyətlə, Rusiya bazarına yanvar ərzində buraxılmayan məhsulların həcmi 173 ton olub. Bunların 119 tonunu Azərbaycandan göndərilən təzə pomidorlar təşkil edib. Bu məhsulda Cənubi Amerika güvəsi aşkarlanıb. 

Federal "Bitkilərin karantini haqda" qanuna görə, yüklərin sahibləri İnzibati Xətalar Məcəlləsinin 10.2 maddəsinə (Karantin məhsullarının idxalı və ixracı qaydası) görə inzibati məsuliyyətə cəlb olunublar.

Xəbər lenti
0