BAKI, 3 mart — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") martın 3-ündən etibarən 8 Azərbaycan müəssisəsindən alma, 19 şirkətdən isə pomidor idxalına icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat "Rosselxoznadzor"-un saytında yerləşdirilib.
Məlumatda qeyd olunur ki, qurum idxala icazə qərarını Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə apardığı video yoxlamalar nəticəsində, həmçinin AQTA-nın zəmanəti altında verib.
İcazə verilən şirkətlərin siyahısı Rusiya qurumunun saytında yerləşdirilib.