CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Bank valyuta bazarı və məzənnə ilə bağlı məlumat yayıb

© Sputnik / Murad OrujovМанат и доллары, фото из архива
Манат и доллары, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Bu ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır.

BAKI, 10 iyun — Sputnik. Cari ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır. Bu ilin ikinci rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.

Azərbaycan Mərkəzi Bankından Sputnik Azərbaycan-a bildirilib ki, yaranmış meyillər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontr-tsiklik makroiqtisadi siyasətdən təsirlənir. Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dolları təşkil edir.

İlkin qiymətləndirmələrə görə, 2021-ci ilin birinci rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5,6 faizi həcmində profisit olub. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.

Qeyd edək ki, 10 iyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 30,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 8 iyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 42,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Xatırladaq ki, cari ilin ilk beş ayında Neft Fondu valyuta hərraclarında 2,303 mlrd. dollar məbləğində vəsait satıb. Bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 36,7% azdır. Təkcə mayda isə 312,8 mln. ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da aprel ayı ilə müqayisədə 38,7%, ötən ilin may ayı ilə müqayisədə isə 6,4% azdır.

Eləcə də oxuyun:

  • Bu paket Azərbaycan əhalisinin yarısını əhatə edib

  • Azərbaycanda sığorta: əhalinin yarıdan çoxu sığorta sahəsində mənfi təcrübəyə malik deyil

  • Kredit ittifaqları üçün yeni cərimə və vəzifə müəyyənləşib

Xəbər lenti
0