20:22 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
CƏMİYYƏT
Qısa URL
12

Parlamentin iyunun 8-də keçirilən iclasında "Kredit ittifaqları haqqında" AR qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

BAKI, 8 iyun — Sputnik. Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Kredit ittifaqları haqqında" qanuna təklif edilən yeni - 15.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında" qanun ilə tənzimlənəcək.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, kredit ittifaqları üçün yeni cərimə müəyyənləşib. Belə ki, kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və ya kredit bürosuna "Kredit ittifaqları haqqında" və "Kredit büroları haqqında" qanunlarda nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimə müəyyənləşib.

Sənədə əsasən, bu hallarda vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əsas mövzular