15:12 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
İQTİSADİYYAT
Qısa URL
32401

Yanvarın 8-də ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 7-si ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5642 manat olub

BAKI, 8 yan-Sputnik. Bu gün yanvarın 7-si ilə müqayisədə Azərbaycanda ABŞ dolları bir az da bahalaşıb. Sputnik Mərkəzi Bankın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 8-də ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 7-si ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5642 manat olub.

US dollars
© Sputnik / Anton Denisov

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 7-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 8 yanvar 2016-cı il tarixi üçün 1,5642 müəyyənləşdirilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,57% və ya 0,0096 manat artaraq 1,7009 manata yüksəlib. Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48% artaraq 0,0209 manat səviyyəsində qərarlaşıb.

Əlaqədar

"Exchange"lərə dollar qadağası
Bakıda lombardlar da krediti dollarla tələb etməyə başladı
AMB hər kəsə ən çoxu 1000 dollar satmağı tövsiyə edib
Teqlər:
məzənnə, bank, manat, dollar

Əsas mövzular