BAKI, 8 yan-Sputnik. Bu gün yanvarın 7-si ilə müqayisədə Azərbaycanda ABŞ dolları bir az da bahalaşıb. Sputnik Mərkəzi Bankın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 8-də ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 7-si ilə müqayisədə 0,10% və ya 0,0016 manat artaraq 1,5642 manat olub.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 7-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 8 yanvar 2016-cı il tarixi üçün 1,5642 müəyyənləşdirilib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,57% və ya 0,0096 manat artaraq 1,7009 manata yüksəlib. Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48% artaraq 0,0209 manat səviyyəsində qərarlaşıb.