https://sputnik.az/20210913/ua-yeni-festivala-hazrlar-427914428.html
Şuşa yeni festivala hazırlaşır
Şuşa yeni festivala hazırlaşır
Sputnik Azərbaycan
Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub. 13.09.2021, Sputnik Azərbaycan
2021-09-13T21:16+0400
2021-09-13T21:16+0400
2021-11-17T00:04+0400
cəmiyyət
xəbərlər
mədəniyyət
şuşa
festival
musiqi
musiqi günü
üzeyir hacıbəyov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1d/427807826_0:198:1970:1312_1920x0_80_0_0_be84eb10a5a83dbc8f2795453d0e06dd.jpg
BAKI, 13 sentyabr - Sputnik. Sentyabrın 18-24-də ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub.Sputnik Azərbaycan bildirir ki, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında deyilir.44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu səbəblə builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək.Sentyabrın 18-də, Üzeyir Musiqi Günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.Bundan əlavə, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda cari festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb.Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub. Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVİD pasportu ilə giriş mümkün olacaq.Eləcə də oxuyun:Xalq yazıçısı: “Şuşada keçirilən tədbirlər böyük ictimai-siyasi əhəmiyyət kəsb edir”İlham Əliyev: Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyikMuğam ustadı: "Biz təkcə torpaqlarımızı itirmədik, qızıl səslərimizi də itirdik""Kənan səhnədə oxuyanda çox kövrəldim" - Təyyar Bayramov oğlu ilə yaşadığı aləm barədə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1d/427807826_0:74:1970:1312_1920x0_80_0_0_ddbc6d47b298ba32a9c38d1fac5cb09c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, şuşa, festival, musiqi, musiqi günü, üzeyir hacıbəyov, azərbaycan
xəbərlər, şuşa, festival, musiqi, musiqi günü, üzeyir hacıbəyov, azərbaycan
Şuşa yeni festivala hazırlaşır
21:16 13.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.
BAKI, 13 sentyabr - Sputnik. Sentyabrın 18-24-də ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında deyilir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu səbəblə builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək.
Sentyabrın 18-də, Üzeyir Musiqi Günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.
Bundan əlavə, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda cari festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb.
Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.
Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVİD pasportu ilə giriş mümkün olacaq.
"
Kənan səhnədə oxuyanda çox kövrəldim" - Təyyar Bayramov oğlu ilə yaşadığı aləm barədə