https://sputnik.az/20210830/Anar-Krimov-Biz-bir-daha-dnyaya-gstrdik-ki-ua-Azrbaycan-hridir-427813489.html
Qarabağlı nazir: "Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir"
Qarabağlı nazir: "Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir"
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv... 30.08.2021, Sputnik Azərbaycan
2021-08-30T18:57+0400
2021-08-30T18:57+0400
2021-08-30T17:50+0400
xəbərlər
mədəniyyət
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427337199_0:0:3073:1728_1920x0_80_0_0_614c65a34889f4358b3cfd56e85152a8.jpg
BAKI, 30 avq — Sputnik. Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir, Azərbaycan mədəniyyətinin paytaxtıdır. Bu şəhərdə olan abidələr xalqımıza məxsusdur və biz o abidələrə sahib çıxıb onları bərpa edirik.Sputnik Azərbaycan xəbər verir ki, bunu "Vaqif Poeziya Günləri" çərçivəsində jurnalistlərə müsahibəsində mədəniyyət naziri Anar Kərimov söyləyib.Nazir qeyd edib ki, məqbərə ulu öndərin təşəbbüsü ilə inşa edilib və 1982-ci il yanvarın 14-də onun iştirakı ilə abidənin açılışı olub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilib."Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək bu abidənin yenidən bərpa edilməsinə göstəriş verib. Çox şadam ki, bu tarixi günün şahidiyəm. Əminik ki, biz bundan sonra Şuşamızı və Qarabağımızı inkişaf etdirəcəyik", - deyə nazir Anar Kərimov fikrini yekunlaşdırıb.Xatırladaq ki, Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Vaqif Poeziya Günləri" çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir"” və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.Həmçinin oxuyun: * İlham Əliyev və xanımı Şuşada "Vaqif Poeziya Günləri"nin açılışında iştirak ediblər* İlham Əliyev: Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427337199_0:0:2731:2048_1920x0_80_0_0_81ee23ed9db11abbc687e5d23f2481ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Qarabağlı nazir: "Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir"
Nazirin sözlərinə görə, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilib.
BAKI, 30 avq — Sputnik. Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir, Azərbaycan mədəniyyətinin paytaxtıdır. Bu şəhərdə olan abidələr xalqımıza məxsusdur və biz o abidələrə sahib çıxıb onları bərpa edirik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Vaqif Poeziya Günləri" çərçivəsində jurnalistlərə müsahibəsində mədəniyyət naziri Anar Kərimov söyləyib.
Nazir qeyd edib ki, məqbərə ulu öndərin təşəbbüsü ilə inşa edilib və 1982-ci il yanvarın 14-də onun iştirakı ilə abidənin açılışı olub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilib.
"Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək bu abidənin yenidən bərpa edilməsinə göstəriş verib. Çox şadam ki, bu tarixi günün şahidiyəm. Əminik ki, biz bundan sonra Şuşamızı və Qarabağımızı inkişaf etdirəcəyik", - deyə nazir Anar Kərimov fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Vaqif Poeziya Günləri" çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir"” və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.