Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qarabağlı nazir: "Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir"

© Sputnik / Murad OrujovМероприятие, посвященное созданию в Азербайджане кинокомиссии Filming Azerbaijan
Мероприятие, посвященное созданию в Азербайджане кинокомиссии Filming Azerbaijan - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
Nazirin sözlərinə görə, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilib.
BAKI, 30 avq — Sputnik. Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir, Azərbaycan mədəniyyətinin paytaxtıdır. Bu şəhərdə olan abidələr xalqımıza məxsusdur və biz o abidələrə sahib çıxıb onları bərpa edirik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Vaqif Poeziya Günləri" çərçivəsində jurnalistlərə müsahibəsində mədəniyyət naziri Anar Kərimov söyləyib.
Nazir qeyd edib ki, məqbərə ulu öndərin təşəbbüsü ilə inşa edilib və 1982-ci il yanvarın 14-də onun iştirakı ilə abidənin açılışı olub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilib.
"Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək bu abidənin yenidən bərpa edilməsinə göstəriş verib. Çox şadam ki, bu tarixi günün şahidiyəm. Əminik ki, biz bundan sonra Şuşamızı və Qarabağımızı inkişaf etdirəcəyik", - deyə nazir Anar Kərimov fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Vaqif Poeziya Günləri" çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir"” və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.
Həmçinin oxuyun: 
* İlham Əliyev və xanımı Şuşada "Vaqif Poeziya Günləri"nin açılışında iştirak ediblər
* İlham Əliyev: Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik
Xəbər lenti
0