Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İlham Əliyev və xanımı Şuşada "Vaqif Poeziya Günləri"nin açılışında iştirak ediblər

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək.
BAKI, 30 avqust — Sputnik. Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Vaqif Poeziya Günləri" çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir"” və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.
10:44
Bu gün Şuşada "Vaqif Poeziya Günləri"nin açılışı olacaq
Bu gün Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Fondunun təşklatçılığı ilə keçirilən "Vaqif Poeziya Günləri" Şuşa işğaldan azad edildikdən sonra doğma şəhərində ilk dəfədir təşkil olunur.
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək.
Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq.
Vaqif Poeziya Günləri
Qeyd edək ki, hələ 1967-ci ildə ümummilli lider Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyıb, ancaq məzarı tapa bilməyiblər. Onun göstərişi ilə məzar tapılıb, Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət edib. Nitqlərinin birində o, gördüyü bu məzarın Vaqifə layiq olmadığını söyləyib. Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə və türbə tikilib.
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin Cıdır düşünə yaxın ərazidə inşa edilib. Kompleksdə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.
Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılış mərasimi 1982-ci il 14 yanvarda keçirilib. Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. Soyuq, qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya istedadlı sənət adamları toplaşıb. Şuşada bu tarix milli mədəniyyət və sənət bayramına çevrilib.
Ulu Öndər Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verib. Həmin tarixdən etibarən hər il avqust ayında “Vaqif poeziya günləri” düzənlənib. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib. “Vaqif poeziya günləri”nin keçirilməsi ənənəyə çevrilib. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatıb.
“Vaqif poeziya günləri” bu şəhər erməni quldurları tərəfindən işğal olunandək davam edib. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, “Vaqif poeziya günləri” də Şuşada keçirilməyib.
Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Şuşada düzənlənəcək “Vaqif poeziya günləri” də bu mədəni tədbirlərdən biri olacaq.
Xəbər lenti
0