CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Maşa və Ayı"nın növbəti buraxılışı Azərbaycanın xalq nağılı əsasında hazırlanıb

© Photo : Animaccord / 2021Кадр из мультфильма "Маша и медведь"
Кадр из мультфильма Маша и медведь - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunur. Bundan başqa, filmdə məşhur "Cücələrim" mahnısı da səsləndirilir.
BAKI, 12 avqust — Sputnik. "Maşa və Ayı" cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edilir. Sputnik Azərbaycan xəbər verir ki, cizgi filminin bu buraxılışı Azərbaycanın "Cırtdan" xalq nağılı əsasında hazırlanıb. Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunur. Bundan başqa, filmdə məşhur "Cücələrim" mahnısı da səsləndirilir. Sözügedən buraxılışda Azərbaycanın qədim sənətkarlığı - pinəçilik də nümayiş olunub.
Cizgi filminin bu buraxılışına "YouTube" kanalında qısa müddətdə xeyli baxış olub.
Məlumat üçün bildirək ki, Maşa və Ayı (rus. Маша и Медведь) ümumi auditoriyaya nəzərdə tutulmuş Rusiya multiplikasiya serialıdır. Cizgi filmi üçölçülü qrafikanın köməyi ilə yaradılıb. Serial Andrey Dobrunov, Oleq Kuzovkov və Dmitri Loveiko tərəfindən yaradılıb. Deyilənə görə, rejissoru bu həvəsə gətirən "Tom və Jerri" olub. Digər animasiyalardan fərqli olaraq Kuzovkov öz filmində təkcə heyvanlardan deyil, kiçik qız uşağı obrazından da istifadə etmək qərarında gəlir. Hansı ki, bir çox kiçik qız tamaşaçılar özlərini onun yerində hesab edirlər. Serial 7 yanvar 2009-cu ildə Rusiya 1 kanalında yayımlanıb.
Maşa və Ayı (rus. Маша и Медведь) hazırda Youtube portalında 20 milyarddan çox baxış sayına malik olan, ancaq lisenziyalı malların (oyuncaq, şokolad, uşaq yeməkləri və sair...) satışından 225 milyon dollar vəsait əldə edən, Avropada uşaq bendləri arasında ilk beşliyə daxil olan animasiya serialıdır.
Filmin bir seriyası 2-4 ay arasında çəkilir. Hər seriya isə 6-7 dəqiqə olur. Filmin yaradıcıları hesab edirlər ki, bu, uşaqların cizgi filminə baxmagı üçün ən ideal vaxtdır.
Eləcə də oxuyun:
Cizgi filmi yaradıcıları yenə Bakıda toplaşacaqlar
Boşluğu doldurmaq: "Uşaqlar inciməsinlər. Heyvanlara tətbiq etdiyimiz üsulları..."
Uşaq Koroğlunu cizgi filmində görmürsə, sevimlisi də Turbomen olacaq
"Disney" iki məşhur cizgi filminə məhdudiyyət qoydu
Xalq artistinin nəvəsi: "İlk işimi babamla başlamaq istəmədim"
Xəbər lenti
0