Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Disney" iki məşhur cizgi filminə məhdudiyyət qoydu

© AP Photo / John Raoux, FileМикки и Минни Маус в тематическом парке «Волшебное королевство» в Мире Уолта Диснея, фото из архива
Микки и Минни Маус  в тематическом парке «Волшебное королевство» в Мире Уолта Диснея, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sayt "Piter Pan"ın "Redskins" adlanan hindu qəbiləsini təsvir etdiyi üçün bloklandığını iddia edib. "Aristokrat pişiklər"ə gəldikdə isə, qəhrəmanlardan birinin əyri gözləri və diş çıxıntıları "Disney"in xoşuna gəlməyib.

BAKI, 26 yanvar — Sputnik. "Disney" yayım xidməti yeddi yaşınadək uşaqlar üçün "Dambo", "Piter Pan", "Aristokrat pişiklər" cizgi filmlərinə və "İsveçrəli Robinzon ailəsi" filminə baxmaq üçün yaş məhdudiyyəti qoyub.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, qərara səbəb kimi sözügedən filmlərdə irqçilik göstərilib.

Sayt "Piter Pan"ın "Redskins" adlanan hindu qəbiləsini təsvir etdiyi üçün bloklandığını iddia edib. "Aristokrat pişiklər"ə gəldikdə isə, qəhrəmanlardan birinin əyri gözləri və diş çıxıntıları "Disney"in xoşuna gəlməyib. Yayım xidməti hesab edir ki, bununla "Şərqi Asiya xalqlarının karikaturası" çəkilib.

"Dambo"da cənub plantasiyalarında afro-amerikalı işçilərin lağa qoyulduğu bildirilib, çünki kadrlardan birində qaradərili işçilər mahnılarında belə bir ifadə işlədirlər: "Qazancımızı alanda bütün pulları israf edirik".

"İsveçrəli Robinzon ailəsi" filmi isə "sarı və qara" üzlü pirat obrazına görə tənqid olunub.

Xəbər lenti
0