CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cizgi filmi yaradıcıları yenə Bakıda toplaşacaqlar

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidВид на город со смотровой площадки в Баку.
Вид на город со смотровой площадки в Баку. - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Hər il olduğu kimi, bu dəfə də festival müsabiqə, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlardan ibarət olacaq. Proqram və animasiya filmlərinin nümayiş qaydası təşkilat tərəfindən müəyyənləşdiriləcək.

BAKI, 22 may — Sputnik. Bakıda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, 20-24 oktyabr 2021-ci il tarixlərində keçiriləcək festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim ediləcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

Hər il olduğu kimi, bu dəfə də festival müsabiqə, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlardan ibarət olacaq. Proqram və animasiya filmlərinin nümayiş qaydası təşkilat tərəfindən müəyyənləşdiriləcək. Festival haqqında daha ətraflı http://www.animafilm.az/news/ saytından əldə etmək olar.

Qeyd edək ki, "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalının direktoru rejissor Rəşid Ağamalıyevdir.

Eləcə də oxuyun:

* Erməni rejissor-animatoru Paşinyanı siçovula bənzədib

* İyirmi yeddi il sonra doğma evinə qayıdan zabitimiz haqqında cizgi filmi çəkilib - VİDEO

* Uşaq Koroğlunu cizgi filmində görmürsə, sevimlisi də Turbomen olacaq

 

Xəbər lenti
0