21:11 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
MƏDƏNİYYƏT
Qısa URL
146

Samirə Efendi bu il "Eurovision"da niderlandlı musiqiçilər Emi Van der Vel, Luk van Birs, Toni Kornelisson tərəfindən bəstələnən "Mata Hari" mahnısı ilə iştirak edərək finala vəsiqə qazanıb.

BAKI, 22 may — Sputnik, Şahpəri Abbasova, Kəmalə Əliyeva. Böyük Britaniyanın məşhur "Daily Express" nəşri "Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanmasını istisna etməyib.

Sputnik Azərbaycan xəbər verir ki, yazı müəllifinə görə, proqnozlar qalibin İtaliya olacağını desə də, Azərbaycan da birinci yerə çıxması üçün həqiqi imkanlara malikdir.

"Azərbaycanın İtaliyadan qələbə qoparmasının 3 səbəbi" başlıqlı yazısında müəllif Samirə Efendinin səhnə təcrübəsindən yazıb. Belə ki, əvvəllər "Yeni ulduz", "Böyük Səhnə", "Azərbaycanın Səsi" kimi televiziya şou müsabiqələrində iştirak etmiş müğənni Samirə Efendinin xeyli təcrübə topladığı bildirilir.

"Müğənni 2017-ci ildə "Silk Way Star" möhtəşəm beynəlxalq ifaçılıq televiziya layihəsində Azərbaycanı uğurla təmsil edib. Efendinin xeyrinə olan daha bir məqam "Nur-Sultanın səsi"ndə ölkəsini təmsil edərək bir çox başqa iştirakçıları arxada qoymağı bacarmasıdır", – yazıda qeyd olunur.

Bukmekerlər nə deyirlər?

Bukmekerlərin fikrincə isə Samirə Efendi yarışda 17-ci yeri tuta bilər. Qələbəyə əsas namizəd kimi onlar İtaliyadan olan qlamur rokçuları (Zitti e buoni), Fransa təmsilçisi Barbara Pravi (Voila) və Maltalı müğənni Destinini (Je me casse) göstərirlər. Bukmekerlər deyirlər ki, bu ölkələrdən olan müğənnilər yarışı 8-9% ehtimalla qazana bilərlər.

Bizimkilər ingilislər kimi deyillər

Populyar müğənni, şoumen və bəstəkar Murad Arifin fikrincə, Samirə Efendinin mahnısı "qaynar"dır, amma çoxlarının xoşuna gəlsə də, Top-5-ə düşməyimizi gözləmir.

"Bütün komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, gələn ilədək bizdə azərbaycanlı müəlliflərin açıq milli seçimini keçirəcəklər. Mənim Top-5-im belədir: İtaliya, Rusiya, Fransa, Malta və Portuqaliya", - Murad Arif Sputnik Azərbaycan-a deyib.

Əməkdar artist Tahir Eynullayev ümumilikdə Efendinin nömrəsini bəyənib və ümid edir ki, müğənni ilk yerlərdən birini tutacaq. Onun xoşuna gəlməyən isə Azərbaycanın milli rəqsi yallının elementlərindən birinin rəqs nömrəsində istifadə olunmasıdır.

"Əgər bu, Azərbaycan rəqsidirsə, mütləq Azərbaycan milli geyimi və ya onun hansısa atributu da burada istifadə olunmalıydı. Efendinin rəqs qrupunun geyimi ilə isə yallı elementi risklidir, ümumiyyətlə düzgün deyil. Yəqin, bu nömrəni Azərbaycan mədəniyyəti və rəqslərindən xəbəri olmayan xoreoqraf qurub. Nəinki Azərbaycan, heç başqa xalqın milli rəqsini də belə geyimdə ifa etmək olmaz. Yallı - bizim vizit kartımızdır, ona görə də onun elementlərindən bu formada istifadə etmək yersizdir", - Eynullayev bildirib.

Onun əsas favoritləri Azərbaycan ilə yanaşı, Rusiya və İsraildir. 

Rejissor Nərminə Məmmədova hesab edir ki, Azərbaycanda qələbə qazanmağa ümid çox olsa da, "Avroviziya" ekspertləri və bukmekerlərin proqnozları bu gözləntiləri doğrultmur. 

"Mən möcüzəyə ümid edirəm. Nömrə və mahnımız əladır, amma təəssüf ki, bu müsabiqənin pərəstişkarları və münsiflərinin zövqünü tutmaq olmur. Mənim xoşuma Samirə ilə yanaşı, İtaliya və Malta təmsilçilərinin də mahnıları gəlir", - Məmmədova deyib.

 

Finala doğru

Xatırladaq ki, müğənni Samirə Efendi bu il "Eurovision"da niderlandlı musiqiçilər Emi Van der Vel, Luk van Birs, Toni Kornelisson tərəfindən bəstələnən "Mata Hari" mahnısı ilə iştirak edərək finala vəsiqə qazanıb. Mayın 22-də keçiriləcək final konsertində müğənnimiz 21-ci nömrə ilə çıxış edəcək.

Eləcə də oxuyun:

* Bu gün "Avroviziya -2021"in qalibi seçiləcək

* "Avroviziya 2021" uşaq mahnı müsabiqəsi nə vaxt olacaq?

*"Avroviziya-2021"in finalçıları bəlli oldu

* Bizim Mata Hari: Samirənin "Avroviziya-2021"də çıxışından kadrlar

* "Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

 

Teqlər:
mətbuat, İngiltərə, qalib, Samirə Efendi, final, "Avroviziya" mahnı müsabiqəsi

Əsas mövzular