20:46 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
MƏDƏNİYYƏT
Qısa URL
8

Ölkəmizdə əksər rəssamların "art management"in müasir satış bazarında rolundan istifadə etmələri, ənənəvi və rəqəmsal platformalarda özlərini təqdim etmə, bilik, bacarıqları və kuratorluq sahəsində sənətşünasların fəaliyyətinin yüksəldilməsi labüd sayılır.

BAKI, 22 may — Sputnik. Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 25-də 20:00-da "Art Management" adlı silsilə tədbirlərə start verilir.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların "art management" istiqamətləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə keçiriləcək.

Qeyd edək ki, yaradıcılıq sənayesi ("Creative industry") bütün dünyada inkişaf edir, yeni özünürealizə və məhsul təqdim etmə imkanları yaradır. Bu baxımdan, ölkəmizdə əksər rəssamların "art management"in müasir satış bazarında rolundan istifadə etmələri, ənənəvi və rəqəmsal platformalarda özlərini təqdim etmə, bilik, bacarıqları və kuratorluq sahəsində sənətşünasların fəaliyyətinin yüksəldilməsi labüd sayılır.

Vebinarların mühazirəçi qismində sahə üzrə mütəxəssislər və təcrübəli şəxslərin iştrakı ilə əvvəlcədən planlaşdırılmış proqram əsasında keçirilməsi nəzərdə tutulur.

Treninqlər "Zoom" tətbiqi vasitəsilə keçiriləcək.

Silsilə təlimlərə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesablarını izləyə bilərlər.

Eləcə də oxuyun:

* Mir Azər Abdullayev: “Biz çox xoşbəxtik ki, Tahir Salahovun müasiri olmuşuq”

* Kəndini tərk etməyən azərbaycanlı rəssam - Onun əsərləri dünya miqyasında tanınır

*Şuşa məscidi və Xudafərin körpüsü Goranboya "gətirildi"

Teqlər:
təlim, Mədəniyyət Nazirliyi, rəssam

Əsas mövzular