22:15 31 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232

Mir Azər Abdullayev: “Biz çox xoşbəxtik ki, Tahir Salahovun müasiri olmuşuq”

RADİO
Qısa URL
7720

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Mir Azər Abdullayev deyir ki, Tahir Salahovun vəfatı Azərbaycan və dünya incəsənəti üçün böyük itkidir

Mir Azər Abdullayev: “Yaratdığı dahi əsərlər Tahir Salahovu ən yüksək pillələrə qaldırıb”

Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov vəfat edib.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Mir Azər Abdullayev Tahir Salahov haqqında fikirlərini Sputnik Azərbaycan ilə bölüşüb.

Rəssam Mir Azər Abdullayev bildirib ki, Tahir Salahovun vəfatı Azərbaycan və dünya incəsənəti üçün böyük itkidir: “Biz çox xoşbəxtik ki, onun müasiri olmuşuq. Onun monumentallığı tayı-bərabəri olmayan incəlikləri olub. Bir sözlə desək, Tahir Salahov bir epoxadır. Onun yaradıcılığı xarakterini, könül cizgilərini əks etdirir. Dövrümüzdə klassik və məzmun baxımından yüksək səviyyəli peşəkarlıqla yaradılmış dahi əsərlər Tahir Salahovu ən yüksək pillələrə qaldırıb”.

Mir Azər Abdullayevin geniş şərhinə audiofyalda qulaq asa bilərsiniz

Əsas mövzular